Mənəviyyata Açılan Pəncərə

Qadınlar bayram namazı qılmalıdırmı?

Sual: Bayram namazını qadınlar evdə təkbaşına qıla bilərlərmi?

“Dörd sinif insandan başqa bütün müsəlmanlara camaatla cümə namazı qılmaq vacibdir. Onlar kölə, qadın, xəstə və uşaqlardır.” Əbu Davud, Namaz,191 (Kölələr və qadınlar üçün cümə fəsli)

Cümə və bayram namazları camaatla qılınır. Kişilərə cümə namazını qılmaq fərz, bayram namazları isə vacibdir. Qadınların isə cümə və bayram namazları qılması üçün belə bir mükəlləfiyyət yoxdur. Bu haqda icma var. Ancaq məsciddə ayrılmış xüsusi yer vardırsa qadınlar da cümə və bayram namazını camaatla qıla bilər.

Exit mobile version