- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qadın cənazə namazı qıla bilərmi?

Vəfat etmiş bir müsəlmanın cənazə namazının qılınması bütün müsəlmanlar üzərinə fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz, Rəsulullah (s.ə.s) üçün salavat, vəfat edən insan üçün isə dua mahiyyətindədir. Vəfat edən insana dua məqsədilə cənazə namazı qılına bilər. Cənazə namazının camaatla qılınma şərti yoxdur. Bir kişi və ya bir qadın vəfat edənin cənazə namazını qılarsa cənazə namazı qılınmış sayılır. Cənazə namazının qılınması üçün meyitin orda olması şərt deyil. Qiyabi olaraq da cənazə namazı qılına bilər. Cənazə namazının rüknləri qiyam və təkbirdən ibarətdir.

Bu namazı sadəcə qadınlar qılsa da fərz yerinə yetirilmiş olur. Qadınlar bu namazı həm camaatla, həm də təkbaşına qıla bilərlər. Cənazə namazını qıldıran imamın, cənazə namazını qılmağa gələn qadınlar üçün xüsusi niyyət etməsi şərt deyil.[1]

Cənazə namazını kişi və qadın yan-yana qıla bilər. Amma qadınların kişilərin arxasında  durması namazın ədəbinə daha uyğundur.

[1]Heyət, Diyanət İslam Elmihalı, I, 360-361.