- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qəbir ziyarəti

 

 عَنْ بُرَيْدَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «كُنْتُ نَهَيْتُكُمْ عَنْ زِيَارَةِ الْقُبُورِ فَزُورُوهَا» وَف۪ي رِوَايَةٍ «فَمَنْ أَرَادَ أَنْ يَزُورَ الْقُبُورَ فَلْيَزُرْ فَإِنَّهَا تُذَكِّرُنَا الْآخِرَةَ»

Hz. Bureydə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir: “Mən sizə qəbir ziyarətini qadağan etmişdim, lakin artıq ziyarət edə bilərsiniz”. [Müslim, Cənaiz 106]

Digər bir rəvayətdə isə belə buyurmuşdur: “Kim istəsə, qəbirləri ziyarət etsin. Çünki qəbir ziyarəti dünyaya bağlılığı azaldır, bizə axirəti xatırladır”. [Tirmizi, Cənaiz 60; Əbu Davud, Cənaiz 77]