Mənəviyyata Açılan Pəncərə

Protez göz və gözdən axan iltihab dəstmazı pozar?

Sual: Protez göz və ya gözdən axan iltihab dəstəmazı pozarmı?

Qüsl və dəstəmaz alarkən gözlərin içinin yuyulması gərəkmir. Bu mövzuda İslam alimləri ittifaq etmişlər. (Mövsili, əl-İxtiyar, I, 40, 57; İbn Abidin, Rəddul-Muxtar, I, 97; Nəvəvi, əl-Məcmu, I, 369). Buna görə də gözə taxılan protezlər, linzalar dəstəmaza və qüslə mane deyildir.

Gözə taxılan protezin özü dəstəmaza mane olmadığı kimi, protezə görə gözdən axan gözyaşı dinimizə görə təmiz sayıldığı üçün dəstəmazı pozmaz.  Hədisdə: “Gözyaşından və burun axıntısından ötrü dəstəmaz almaq lazım deyildir.” (Abdurrəzzaq, əl-Musannəf, I, 146, hədis No: 559) buyurulur. Ancaq gözdən, dinən nəcis sayılan qan, irin və iltihab kimi şeylərin çıxması ilə Hənəfi məzhəbinə görə dəstəmaz pozulur (Mərğinani, əl-Hidayə, I, 17).

Şafei məzhəbinə görə isə ön və arxa xaric vücudun digər yerlərindən çıxan şeylərdən dolayı dəstəmaz pozulmur. Buna əsasən gözdən axan iltihab, qan və b. mayelərə görə dəstəmaz pozulmur. (Maverdi, əl-Havi, I, 199-200; Şirbini, Muğnil-muhtac, I, 64).

Qaynaq: DİB Fetvalar, Ankara, 2018, səh. 83)

Qeyd: Davamlı belə axıntısı olan xəstələr, İmam Şafeinin fətvasına uyğun hərəkət edə bilər. Əks təqdirdə hər vaxt üçün ayrıca dəstəmaz alması lazım gəlir. Bu da çətinlik yaradar. Asanlaşdırn çətinləşdirməyin, sevdirin nifrət etdirməyin sözünü əsas götürərərk gözündən davamlı iltihab gəlnən şəxslərə çıxış yolu kimi İmam Şafeinin vermiş olduğu fətvaya hərəkət etməsinin uyğun olacağını düşünürük.

 

Exit mobile version