Mənəviyyata Açılan Pəncərə

Peyğəmbərimizin (s.ə.s) xitab üslubu necə idi?

Allah Rəsulunun danışığı son dərəcə şirin idi və könül oxşayırdı. Sözləri bir-bir tələffüz edir, dinləyənlər hər cümləsini yaxşı anlayırdılar. İnsanların səviyyəsinə uyğun danışır, çətin mövzuları təşbeh və misal çəkməklə asanlaşdırırdı. Vurğulamaq istədiyi sözü üç dəfə təkrar edərdi. Söhbət əsnasında çox vaxt göyə baxar və səsini yavaş deyil, hər kəsin eşidəcəyi qədər yüksəldərdi.

Daim düşüncəli olardı. Ümumiyyətlə, səssiz dayanar, əsla gərəksiz yerə danışmazdı. Hər cümləni ayrılıqda və konkret deyərdi. Əli ilə nəyisə işarə edəndə bütün əlini qaldırar, bir şeyə heyrət edəndə ovcunun içini çevirər, danışıq əsnasında bəzən əlini əli­nin üstünə vurar, söhbət vaxtı bəzən kefi kökələr, sevinəndə də gözlərini yerə dikərdi. Çox az gülər, güləndə də sadəcə təbəssüm edərdi. 

Exit mobile version