Aylıq namaz vaxtları
1. 651 dəfə oxunub ,   0 şərh   Çap et

Həyatın meydana gəlməsini izah etmək məqsədilə ortaya atılan iddialar hansıdır?

 Bu mövzuda ortaya atılan ən cəfəng iddia yanlış olduğu artıq isbatlanmış Abiogenez (bioloji mənşəyi olmayan, öz-özünə ortaya çıxma) təsəvvürüdür. Bu gün artıq arxivə atılmış  bu fərziyyəyə görə, canlılar cansız maddədən öz-özünə meydana gəlmişdir. Bu nəzəriyyənin ilk müdafiəçilərindən olan Aristotel (e. ə. 384-322), Fales (e. ə. 600), Anaksimandr (e. ə. 610-545), Ksenofen (e. ə. 560-478) kimi qədim yunan filosofları canlıların cansız maddədən “generatio spontena”, yəni öz-özünə (spontan) əmələ gəlməsinə inanırdılar. Onların fikrincə, yarpaqların üzərindəki şeh damcılarından bitki bitləri, bataqlıq palçığından qurbağalar, çürümüş odun və ətdən milçəklər əmələ gəlmişdir. Bu fikirlər Orta Əsr Avropasında və Yeni dövrdə belə xeyli tərəfdar tapmışdı. XVII əsrdə belçikalı Dr. Con Baptist Van Helmont (1580-1644), ingilis Nidham (Needham) (1713-1781), fransız Pouçet (Pouchet) (1800-1872) kimi bir çox bioloq abiogenez nəzəriyyəsini müdafiə etmiş və bu istiqamətdə təcrübələr aparmışlar. Van Helmontun 21 gündə “kirli köynək və buğdadan siçan meydana gələcək” mövzulu araşdırması “maraqlı” iddialardan biridir.

Qaynanmış saman və ət suyu kimi zəngin üzvi birləşmələr mühitində birhüceyrəli canlıların törəməsi iddiası ilə başlayan mübahisələr Fransisko Redinin (1626-1697), Luis Jablotun (Louis Jablot) (1645-1723) Spallanzani (1729-1799) və Luis Pasterin (Louis Pasteur) (1822-1895) apardığı təcrübələrlə tarixə qarışdı. Təcrübənin nəticəsini Paster “Əldə olan biliklər göstərir ki, hətta mikroskopik canlılar da özlərinə bənzər canlı əcdadlar (atalar) olmadan meydana gələ bilməz” şəklində ifadə etmişdi. Qaynamış saman və ət suyunda törəyən birhüceyrəli canlıların havadan suya qarışan sporlardan çoxalması, ətdə törəyən qurdların da ət üzərinə yumurta qoyan milçəklərin süfrələrindən çıxması isbat olunduqdan sonra heç kim cansız maddədən canlının öz-özünə meydana gələcəyini iddia etməmişdir.

Ancaq aşağıda haqqında bəhs edilən təkamül hipotezindən qaynaqlanan naturalist nəzəriyyə, əslində, bir növ modern abiogenezdir. Bir canlının qeyri-üzvi maddədən öz-özünə və təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyü açıq-aşkar görünsə də, tədricən yavaş-yavaş üst-üstə yığılmaqla, fərqli formada, yenə cansız maddədən canlı yaratma yolunu axtarma cəhdlərinə təkamül adı verilmişdir.

Arif Sarsılmaz “110 sualda təkamül”




Şərh yaz