- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Övliyaların dualarını mənasını anlamadan oxumaq

Böyük övliya və səhabələrdən rəvayət edilən bir çox zikr və dualarla əlaqədar bəzi fayda və xüsusiyyətlərdən bəhs edilir. Amma hər kəs oxuyanda bu faydaları görə bilmir. Bunu necə izah etmək olar?

Dua və zikrlər hər biri bir ibadətdir. İbadət və qulluğun səbəbi, Allahın əmr etmiş olmasıdır. Nəticə, Allahın rizasını qazanmaqdır. Fayda və əvəzi, nəticəsi axirətdə verilər. Dünyaya aid faydaları düşünərək və bu niyyətlə edilsə, ibadət batil olar. Qulluğun, ibadətin nəticəsində dünyəvi mənfəətlər istənilməzsə, Allah-Təala “şirnikləndirmə”, həvəsləndirmə növündən bu mənfəətlərin bəzilərini mərhəməti ilə lütf edər. Həm də zəifləri təşviq etmək üçün qeyri-adi hallarla qarşılaşdırır, onlara kəramətə bənzər bəzi lütflər gostərilir. Saleh insanların işarə etdikləri faydalar bunlardır. Amma bunlar iradi olaraq istənilməməlidir.

Həm də əbədi muükafatları, nemət və meyvələri bu fani dünyada yeyib bitirmək doğru deyildir.