- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Orucun vaxtı nə üçün hər il dəyişir?

Vegetativ sinir sisteminin funksiyalarının pozulması nəticəsində parasimpatik (sinir) sistemi fəaliyyətinin artması mədə şirəsi ifrazının və qastrin hormonunun çoxalmasına səbəb olur. Nəticədə də mədə və ya onikibarmaq bağırsaqda xora xəstəliyi əmələ gəlir.

Vegetativ sinir sistemində dəyişikliklər, xüsusilə, yaz və payız mövsümlərində baş verir. Ancaq bu ilin digər vaxtlarında da ola bilər. Mədə xorası aclıq ağrıları ilə əlaqədar olduğundan, bu pəhrizlərin oruc kimi, ilin müxtəlif vaxtlarına düşməsi məqsədəuyğundur.

Hər mövsümün özünəməxsus meyvə və qidaları vardır. İnsanlar müxtəlif vaxtlarda pəhriz saxlamaqla hər qidaya qarşı nəfsə hakim olma vərdişi qazanır. Bu da onu müxtəlif xəstəliklərdən qoruyur.

Məlumdur ki, bəzi xəstəliklər sırf müəyyən qidalarla bağlı özünü büruzə verir. Məsələn, bəzi dəri xəstəlikləri acı, turş, ədviyyat kimi qidalara çox həssasdır. Həmçinin allergiyanın da müxtəlif qidalarla əlaqəsi vardır.

Nəticə etibarilə, insanlar fərqli mövsümlərin qidalarına qarşı pəhriz saxlamaqla bu xəstəliklərdən qorunurlar. İnsanın doğumundan ölümünə qədər fasiləsiz olaraq işləyən həzm sisteminin ilin bir ayı, yarım gündən (12 saatdan) artıq istirahət etdirilməsinin tibbi faydaları inkarolunmaz həqiqətdir.

Qidalanma rejimində bir aylıq dəyişiklik

Bədənin bir ay müddətində fərqli qidalanma rejiminə uyğunlaşması vücudun xəstəliklərə müqavimət gücünü artırır, qida maddələrinin orqanizmdə tam istifadəsini təmin edir. Bütün gün yüngül bədənlə işləməyi, gecə də yaxşı istirahət və qidalanmanı təmin edir. Bu vaxt ortaya qoyulan səbir və dözümün şəxsiyyətin formalaşmasında rolunu, qanın bağırsaq və mədəyə deyil, beyinə sərf olunması nəticəsində formalaşan sağlam düşüncəni, hadisələri düzgün qiymətləndirmə qabiliyyətini qazanılmasını nəzərə alsaq, bu növ pəhrizin, yəni orucun insan üçün nə qədər zəruri olduğunu görərik.