- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Oruclu ikən üzrsüz olaraq bir şeyin dadına baxmaq və ya çeynəmək məkruhdur. Bu, orucun pozulmasına səbəb ola bilər.
Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir. Yeməyin və ya alınan qidanın dadına baxarkən nə isə boğaza nə isə gedərsə, oruc pozulur. Bu təqdirdə oruca davam etmək, sonradan həmin orucu  qəzasını etmək lazımdır.