- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Oruc tutan şəxs iynə vurdura bilərmi?

Oruclu ikən bədənə iynə vurulduğu təqdirdə oruc pozulur. Xəstə və müalicə müddətində olan kəslər oruc tutmaya bilərlər. Bu səbəbdən, xəstəliyinə görə ramazanda oruc tuta bilməyənlər, sağalandan və ya müalicə prosesi tamamlanandan sonra tutmadıqları orucları sonradan qəza etməldirlər.

Əgər bir şəxs ramazan fürsətini qaçırmaq istəmirsə və oruc tutması üçün başqa maneə də yoxdursa, iynələrini iftardan sonra vurduraraq orucunu tuta bilər.

Orqanizmdə baş verən ani narahatlıqlar zamanı – yüksək təzyiq, böyrək ağrısı, şəkərin qalxması və s. – dərhal həkimə müraciət etmək lazımdır. “Orucum pozular deyə” sağlamlığı təhlükəyə atmaq olmaz. Belə vəziyyətdə pozulan oruc sonradan bir gün qəza edilməlidir.