1. 840 dəfə oxunub ,   0 şərh   Çap et

O, fərqli üfüqlərin insanıdır[1]

Zəmanəmizin biçarə insanı neçə-neçə dəyər ölçüsünü itirmişdir. Onun peyğəmbərlərə və xüsusən, peyğəmbərlər sultanı Həzrət Məhəmmədə (s.a.s.) baxıșı, düșüncəsi də tamamilə alt-üst olmușdur. Halbuki Onu adi bir insan kimi, bəșəri kriteriyalarla dəyərləndirmək qətiyyən doğru deyil, hətta qeyri-mümkündür. Çünki O, yer üzünü yenidən inşa etmək və insanlığa yeni üfüqlər açmaq üçün müstəsna ruh və qabiliyyətlərlə göndərilmiș bir insandır… Və bizim kriteriyalarımız Ona qiymət verə bilməz, O, bunların fövqündədir. Bu baxımdan kim nə deyir-desin, Onu tam mənası ilə anlada bilməz. Onu ən yaxşı anlayanlardan biri olan Hassan ibn Sabitin:

“Mən sözlərimlə Həzrət Məhəmmədi (s.ə.s.) mədh etmədim. Ancaq Onun adını şerimə qataraq öz sözlərimi mədh etdim,” – dediyi kimi bütün gözəl sözlərə gözəllik bəxș edən Onun xoș xatirəsidir. Yoxsa bizim kəlmələrimiz Ona heç nə qazandırmır. Fərazdak da eyni sözləri kiçik fərqlə dilə gətirir… əsrin böyük mütəfəkkiri Quran haqqında eyni sözləri söyləyir:

“Quranın möcüzəvi həqiqətlərini mən gözəlləșdirmədim, gözəl göstərmədim, əksinə Quranın gözəl həqiqətləri mənim təbirlərimi gözəlləșdirdi, ülviləşdirdi”.[2]

Bütün sadalanan fikirlər bir mənada eyni duyğu və düșüncəni bölüşməkdir. Hamısı da eyni qaynaqdan ilham alan və eyni șeyləri fərqli ibarələrlə ifadə edən șəxslərdir; birinin mücməl (az sözlə dərin mənalar vermək) şəkildə bəhs etdiyi məsələni o birisi təfsilatı ilə izah etmişdir. Kimi də șairanə ifadə etmiş, – amma bir məhvərin/ mövzunun ətrafından kənara çıxmamışdır.

Eyni șəkildə bizlər də hər cəhətdən təhdisi-nemət (Allahın nemətlərinə şükür hissi ilə dolub-daşmaq və Onun lütflərini elan etmək) sayılan Rəsulullaha ümmət olmağın üstünlüyünü hiss edir və sevincimizi hayqırırıq: Rəbbimizə nə qədər həmd və șükür etsək, yenə də azdır, çünki bizi ən böyük nemətlə șərəfləndirmiș və Həzrət Məhəmməd Mustafaya (s.ə.s.) ümmət etmișdir. Bu, bir ilahi lütfdür. Rəbbimiz lütfünü istədiyinə və istədiyi qədər verir. Ancaq bizə bəxș etdiyi nemətlər o qədər böyükdür ki, heç bir ölçü və tərəziyə gəlməz. Bəli, bașqaları ilə müqayisədə bizə ucsuz-bucaqsız ehsan dənizi  bəxş edilmişdir…

Ancaq məsələnin bir yönü də var ki, onu da sorușmadan keçəmək olmur. Görəsən, O Sultana layiq könül taxtımız varmı? Sultan öz layiqli taxtındadırmı? Könüllərimiz hər an ona açıqdırmı? Həzrət Məhəmməd Əleyhissalamın mülahizələri, yolu oturuşumuzda-duruşumuzda, yeyişimizdə-geyişimizdə, ümumiyyətlə, bütün davranışlarımızda qəlb və ağlımıza hakimdirmi? Və bütün həyatımız Onun göstərdiyi istiqamətdədirmi?.. Əgər cavabımız “bəli” dirsə, deməli, qușu gözündən vurmușuq. Röya və xəyallarımızı yalnız Onun gözəl üzü, nur camalı bəzəyirsə, deməli, bizlər artıq Məhəmmədi camaata çevrilmişik. Onun əxlaqı ilə “əxlaqlanan”, həyatının hər səhifəsini Məhəmmədi ədəblə süsləyən bir camaat isə yer üzünün müvazinət ünsürüdür. Qənaətimcə, bu müvazinəti qoruyub saxlaya bilməməyimizin bircə səbəbi var: .. Onun gətirmiş olduğu, Məhəmmədi ruhu lazımi səviyyədə sahiblənməmişik.

O, Allahın yaratdığı müstəsna insandır. Bir insan kimi aramıza qatılması bizlər üçün ən böyük bəxtiyarlıqdır. Çünki Cənnətlər belə Onun təșrifi ilə șərəflənmiș və yenə də șərəflənəcək. Bu etibarla, insanlarımıza Onu, həm də layiqli șəkildə çatdırmaq, izah etmək, anlatmaq bizim ən böyük vəzifəmizdir. Çünki bəşəriyyət həqiqi insanlığa məhz Peyğəmbərmizi dərk etməklə, qavarmaqla ucalacaq.

Kaş Onun qapısında bir “qitmir” olaydıq. Kaș bir insan kimi deyil, Onun mübarək vücudunda bir tük kimi yaradılaydıq. Bəli, Allah-Təalanın xüsusi lütflərinə layiq bir insana bu qədər yaxın ola bilmək… Onu tanıdıqca buna layiq olmadığımız daha yaxşı başa düşüləcəkdir. İndi bütün arzu və istəyimiz sadəcə Onun ümmətinə mənsub bir fərd  kimi qəbul edilməkdir. Ümid edirik ki, Haqq-Təala belə bir Peyğəmbərə ümmət olanı Rəsulunun șəfaətindən məhrum etməyəcək və “Onlar elə bir topluluqdur ki, onlarla bir yerdə olan insan (onlara verdiyim nemətdən) əsla məhrum qalmaz,”[3]  – deyəcək və bizi də o camaata daxil edəcək.

Bu uğurda atdığımız addımlar sayılı da olsa, həccə niyyət edən qarıșqa kimi deyə bilərik:..”Onsuz da bu yolda ölmək əməlimizdir…”

O, bambaşqa üfüqlərin insanıdır. Bizim vəzifəmiz özümüzü Onun “tezliyinə”, frekansına, ritminə kökləməyə çalışmaqdır. Əgər bu baş tutarsa, arada açıq və şifrəli söhbətlər başlar. Əmri şəxsən Rəsulullah verər. İdarəni O ələ alar. Onun idarə etdiyi camaat və cəmiyyətin dəyəri, keyfiyyəti o qədər ülvi, dərindir ki, mələklərdə belə qibtə hissi doğurar.

Bəlkə də, bəziləri üçün bu sözlər obyektiv görünməyə bilər. Heç qəmimiz olmaz, hər gün üç-beş nur üzlü gənc mənən Rəsulullahdan müjdələr alarsa!.. Və yenə bəziləri pərdəsiz, hicabsız, birbașa, həm də șəhadət aləmində Onunla irtibatda/ əlaqədə olduğunu söylərsə!..

O ruhaniyyəti və bəzilərinə görə də, nuraniləșən cismaniyyəti ilə daim aramızdadır. İmam Suyuti șəxsən Allah Rəsulu ilə yetmiș dəfədən çox görüșdüyünü deyir. Bəli, O, bizim anladığımız mənada ölməmiş, sadəcə üfqünü dəyişdirmișdir. Onun vəfatını adi bir insanın ölümü kimi bașa düșmək böyük yanlışlıq olar. Çünki Qurani-Kərim peyğəmbərlik məqamından iki dərəcə așağıda olan șəhidlərə “ölü” deməməyə çağırır. O halda Ona necə “öldü” deyə bilərik? Bəli, Onun sadəcə başqa bir aləmə köçdüyünü dilə gətirə bilərik. Ona görə də (məqamca yüksəlib) həmin üfüqləri görənlər Onu orada birbaşa müșahidə edə bilirlər…

Bədən və cismaniyyətin zindanından sıyrılıb qəlbən və ruhən dirilənlər,  yüksələnlər keçmiși və gələcəyi eyni anda duya, yașaya bilirlər. Bəli, o ali üfqün insanları həm hal-hazırda sizinlə yanyana dayanır, həm də səadət əsrində Allah Rəsulu ilə üz-üzə otururlar. Allah dostları, “abdal”lar eyni anda bir neçə yerdə ola bilirlər. Bəs onda Sultanur-Rəsul niyə həm axirətdə, həm də dünyada, həm bizimlə, həm də mələklərin və nəbilərin önündə olmasın? Olur və olacaq da…!

Peyğəmbərlərə və Peyğəmbərimizə (s.a.s.) baxıș aspekti və baxışda niyyət çox əhəmiyyətlidir. Övliya, əsfiya, əbrar və müqərrəbini (Allaha yaxın böyük şəxsiyyətləri) dərk edib qavramaq xüsusi ruh saflığı, könül təmizliyi tələb etdiyi halda, peyğəmbərləri cismaniyyətin sisli-dumanlı iqlimində idrak edib anlamaq mümkündürmü?.. Ona görə də nübuvvəti anlamaq üçün bütün duyğularımızla, mənliyimizlə onlara yönəlib diqqətimizi toplamalıyıq. Həzrət Məhəmmədin (s.ə.s.) șəxsiyyətini anlamaq istəyimizdən söz ediriksə, daha çox çalışmaq lazımdır. Təbii  ki, yenə hər kəs öz qəlb gözünün seyrinə uyğun sezəcək…lakin heç kim Onu tam mənada qavraya bilməyəcək. Bəli, Busayri nə gözəl demiş “Ömrünü röyalarda təsəlli tapmaqla keçirən yuxulu insanlar Onun həqiqətini necə idrak edə bilər?!”



[1]. Sonsuz Nur, 1, 58-62, (77-81, İstanbul, 2007)

[2].”Məktubat”, s. 370.

 [3]. Müslim, 4/2069; Əhməd b. Hənbəl, 2/252, 383



Açar sözləri

insan şəmail üfüq

Bənzər məqalələr

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?


Şərh yaz