1. 299 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrəti Omər (r.a.) belə rəvayət edir:

“Bir gün biz Allah Rəsulunun yanında ikən birdən ağ paltarlı, qara saqqalı, qara saçlı, yolçuya bənzər, heç kimin tanımadığı bir adam gəldi. Peyğəmbərimizin yanında əyləşdi. Dizini Rəsulullahın dizinə soykədi. Əllərini dizlərinə qoydu və:

– Ey Məhəmməd! Mənə İslamdan bəhs edərsən? – dedi. Rəsulullah:

– İslam Allahdan başqa ilah olmadığına və Məhəmməd əleyhissalamın Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan ayında oruc tutmaq, həccə getməkdən ibarətdir, – buyurdu.

Həmin adam:

– Doğru soylədin, – dedi.

Biz bu mənzərə qarşısında heyrətə gəldik. Həm sual verir, həm də Peyğəmbərimizi təsdiq edirdi.

Həmin adam suallarına davam etdi:

– Mənə imanın nə olduğunu izah edərsən? – dedi.

Allah Rəsulu da:

– İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gununə, qəzavu-qədərə, xeyir və şərin Allahdan olduğuna inanmaqdan ibarətdir, – deyə cavab verdi. O adam yenə:

– Doğru dedin, – dedi və bu dəfə də:

– Ehsan nədir? – deyə soruşdu.

Peyğəmbərimiz:

– Ehsan Allaha Onu görürmüş kimi ibadət etməkdir. Çünki sən Onu gorməsən də, O, səni görür, – buyurdu.

Həmin adam:

– Qiyamət nə vaxt qopacaq? – deyə soruşanda Allah Rəsulu:

– Bu mövzuda sual soruşulan sual verəndən çox bilmir, – dedi.

Axırda:

– Qiyamətin əlamətlərindən xəbər verərsənmi? – deyə soruşdu. Rəsulullah:

– Xidmətcinin sahibini doğması, ayağı yalınlar, yoxsullar və qoyun çobanlarının tikdikləri yuksək binalarla oyunmələri və bunda bir-birilə yarışmalarıdır, – buyurdu.

Sonra həmin adam getdi. Peyğəmbərimiz (s.ə.s.) – Ey Omər, sual verən şəxsin kim olduğunu bilirsən? – dedi. Mən:

– Ən yaxşısını Allah Rəsulu bilər, – dedim. Allah Rəsulu:

– O, Cəbrail idi. Sizin yanınıza dininizi oyrətmək üçün gəlmişdi, – buyurdu”.

Bu hədisi-şərifdən də göründüyü kimi, İslam dini oyrədilərkən İslamın beş və imanın altı şərtinə – bu on bir təməl mövzuya böyük əhəmiyyət verilmişdir. Lakin musəlman olmaq Qurani- Kərimin bütün bəyanlarına inanmaqla mümkündür. Kim iman və İslamın bu on bir şərtinə inandığı halda, Quranın bir ayəsini və ya bir necə kəlməsini inkar edib inanmazsa, o şəxs musəlman sayılmaz.

 

Buhârî, İman 1; Müslim, İman,1

……………….



Açar sözləri

din

Bənzər məqalələr

Təbliğdə nələrə diqqət etməli?

Müasir dövrdə İslamı təbliğ edən möminlər nələrə diqqət etməlidirlər?

Elm və din arasindaki münasibət

İslam dini Quran və Səhih Sünnə ilə elmlərə üfüq açmış, möminləri bu üfüqlərdə qanad açmağa təşviq etmişdir.

Dinimizdə dəlil nedir?

Örgəndiyimiz hər şeyin qaynağını bilməmiz mümkün deyildir.


Şərh yaz