Mənəviyyata Açılan Pəncərə

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Sual: Bismillah deməyi və niyyət etməyi unudarsaq qüsl və ya dəstəmaz səhih olarmı?

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü Hənəfi məzhəbinə görə sünnədir. (Mərğinani, əl-Hidayə, I, 98,103). Buna görə də niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Şafei məzhəbinə görə, dəstəmaz və qüsldə niyyət etmək fərzdir. Bismillah demək isə sünnədir. (Şirbini, Muğnil-muhtac, I, 85-86, 125; Ərdəbili, əl-Ənvar, I, 31-39).

Exit mobile version