21. 038 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Uğursuzluğa inanmaq doğrudurmu? Bayquş uğursuzluq simvolu sayıla bilərmi?

Cavab: İnsanın fitrətən ərtafında baş verən hadisələrə müəyyən mənalar yükləməyə meyllidir. Bu kimi meyllər daha çox bütpərəstlik dövründə olmuşdur. Həmin dövrdə insanlar bir çox hadisələri uğursuzluq kimi yorumlamağa çalışmışlar. Əfsuslar olsun ki, ta həmin dövrdən qalma batil inanclar inanan cəmiyyətlərə də qismən təsir etmişdir. Günümüzdə cəmiyyətdə qarşılaşdığımız “evin damında bayquş uladı, başıma bir fəlakət gələcək, filankəsin iti uladı evimizdən cənazə çıxacaq” kimi fikirlər məhz həmin batil düşüncələrdəndir ki, bunların dinlə heç bir əlaqəsi yoxdur. Bunların heç biri Allaha inanmaq və güvənməklə əlaqəli ola bilməz. Ayədə bildirilir ki, Allah hər şeyi ən gözəl şəkildə yaratmışdır.” (Səcdə, 32/7)

Müsəlman heç bir hadisəni uğursuzluğa yozmamalıdır. İnanan insanın fikrincə hər şey Allahın qüdrəti ilə baş verir və baş verən hər işdə bizim bilmədiyimiz bir çox hikmətlər və xeyirlər vardır. Buna görə də müsəlman hər şeyi ancaq xeyrə yozmalı, haqqında xeyirli olanı istəməli, xeyirlə yatıb, xeyirlə qalxmalı, Allahdan ancaq xeyir diləməlidir.

Uğursuzluq inancına gəlincə, Rəsulullah (s.ə.s) bir hədisində, “Əşyada uğursuzluq yoxdur, səfər ayında uğursuzluq yoxdur, bayquşun ulamağında uğursuzluq yoxdur.”[1] – buyurmuşdur.

Ay və günəş tutulması, it və bayquş ulaması, yolda pişik və itin qarşımızdan keçməsi, pilləkənin altından keçmək, on üç rəqəmi, gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək və bənzərlərində uğursuzluq olduğuna inanmaq əsla doğru deyil. Belə şeylərdə yaxşılıq və pislik ola bilməz. Əgər hər hansı əşya və ya hadisəni yozmaq lazımdırsa onu Rəsulullahın (s.ə.s) tövsiyəsinə uyğun olaraq mütləq xeyrə yozmalıyıq.

Allah Rəsulunun (s.ə.s.) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah uğursuzluq haqda buyurdu: “Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın (Faili-Həqiqi Allahdır (c.c.). Onun gücü hər şeyə yetər). Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: “Allahummə lə yəti bil-hasənəti illə əntə və lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvətə illə bik – Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir”. [Əbu Davud, Tibb 24]

Başqa hədisində isə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

İnsanın ən uğurlu və ən uğursuz orqanı iki çənəsi arasındakı dilidir”.[2] Bu isə o deməkdir ki, danışdıqlarımıza diqqət eləməli, xoşrəftar, gülərüz və şirindil olmağı əsla unutmamalıyıq.

Bunlardan hərəkətlə bu qənaətə gələ bilərik ki, Rəsulullah (s.ə.s) uğur və uğursuzluq qavramlarını işlətdiyimiz təqdirdə bunu öz hərəkət və davranışlarımıza aid etməyi və bizi narahat edən, insanlarla münasibətlərimizi korlayan davranışlardan uzaq durmağımız gərəkdiyini, Allahın qüdrətini ittiham edirmiş kimi nədəsə uğursuzluq olduğuna inanmamağı tövsiyə etmişdir.

Rəsulullahın bu mövzu haqqındakı hədisi belədir, “Hər hansı bir məsələdə zənnə (gümana) qapılanda bunu həqiqətmiş kimi qəbul etməyin. Şeytan qəlbinizə həsəd duyğusu atanda ona uyaraq zülm etməyin. Hər hansı bir iş haqqında uğursuzluq zənninə qapılanda bundan hərəkətlə işlərinizdən geri qalmayın. Allaha təvəkkül edin. Satmaq üçün nəyisə çəkəndə artıqlamasıyla çəkin (çəkidə aldatmayın)”.[3]

Bayquşun ölüm xəbərçisi olması və uğursuzluq gətirdiyi inancı isə batildir. Kiminsə dünyasını dəyişməyinin bayquşun ulaması ilə heç bir əlaqəsi yoxdur və ola bilməz.

Bayquş, qarğa, sağsağan, xoruz kimi heyvanların səslərini uğursuz qəbul etmək İslamda qadağan olunmuşdur. Necə ki, Rəsulullah (s.ə.s) bir hədisində

İslamda “təşəüm” (bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq) yoxdur…” – buyurmuşdur.[4]

Bundan əlavə onu qeyd edək ki, göyərçin, qarğa, bayquş və başqa quşların uçuşlarından, ulamasından hər hansı məna çıxarmaq Babil və Misirdə yaşayan yəhudi və xristianlarda mövcud idi. Cahiliyyə ərəbləri də quşların uçuşlarını və çıxardığı səsləri uğursuz qəbul edirdilər.

Rəsulullah (s.ə.s) xəstəliyin özbaşına ortaya çıxmadığını, quşun uçmasında, səfər ayında və  ya bayquşun ulamasında uğurlusluq heç bir uğursuzluq ola bilməyəcəyini bildirmişdir.[5]

Rəsulullah (s.ə.s) həmçinin İslamda uğursuzluq düşüncəsinin olmadığını, həmişə xoş və gözəl sözlər söyləmək gərəkdiyini bildirmişdir.[6]

Xülasə hər hansı bir quşun səsini, uçuşunu, heyvayın yerişini və s. uğursuzluq əlaməti qəbul etmək doğru deyildir. Yaradılan hər hansı bir canlını uğursuz qəbul etmək İslama ziddir. Kainatda heç bir hadisə mənasız, boş yerə cərəyan etmir. Hər əşya və hadisə öz dili ilə Yaradanından xəbər verir.


[1] Müslim, Salam, 102.
[2] Camius-Sağir, II, 1640.
[3] Camius-Sağir, I, 405.
[4] Buxari, Tibb, 54.
[5] Buxari, Tibb, 54; Müslim, Salam, 102.
[6] Buxari, Tibb, 44, 54.
Yazının hazırlanmasında sorularlaislamiyet.com saytından istifadə edilmişdir.



Bənzər məqalələr

İslamda uğursuzluq yoxdur

Sual: Təfəül və təşəüm nədir? Bunlara inanmaq doğrudurmu? Cavab: Təfəül bəzi hadisələri uğurlu saymaq, onları xeyrin başlanğıcı olaraq görmək və hadisələri yaxşıya yozmaq deməkdir. Təfəülün ziddi olan təşəüm isə bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq mənalarına gəlir.

Kəsilən dırnaqlar və saçlar nə edilməlidir?

Kəsilən dırnaqlar, həmçinin kəsilən saçlar da hara gəldi atılmamalıdır. Əvvəllər, bunları həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırırdılar. Ancaq bu gün böyük şəhərlərdə yaşayan minlərlə, milyonlarla insan üçün bu işi görmək o qədər də asan deyil. Ona görə də, yaxşı olar ki, insanlar onları bir kağıza büksünlər və bir zibil qutusuna atsınlar. Yəni, saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil.

Dəstəmaz alırkən suyun dırnaq arasına keçməsi şərtdir?

Dırnaq dəri yerinə keçdiyi üçün suyun dırnağın altına keçməsinə gərək yoxdur.


Şərh yaz