4. 722 dəfə oxunub ,   0 şərh   Çap et

Namazların fərzləri olduğu kimi, vacibləri də vardır. Bu vacibləri yerinə yetirməklə namazın fərzləri tamamlanır və nöqsanları ortadan qalxır. Namazın vacibləri bunlardır:

1.  Namaza başlayarkən “Allahu Əkbər” demək;
2.  Namazlarda “Fatihə” surəsini oxumaq.Hənəfi məzhəbinə görə Fatihə vacib, digər üç məzhəbə görə isə fərzdir.
3.  Fərz namazların ilk iki rükətində, vacib və nafilə namazların hər rükətində Fatihədən sonra Qurandan ən qısa bir surə və ya buna bərabər  bir və ya bir neçə ayə oxumaq. Fatihədən sonra  kiçik bir surə və ya ən kiçik surəyə bərabər olan üç qısa ayə, ya da üç qısa ayəyə bərabər olan uzun bir ayə oxumaq vacibdir (Ən kiçik surə Kövsər surəsi (İnna atayna) və ən qısa ayə “summə nazara?” ayəsidir).

4. Fərz olan qiraəti ilk iki rükətdə yerinə yetirmək;

5. Fatihə surəsini digər oxunacaq surə və ayələrdən əvvəl oxumaq;

6 Təkbaşına namaz qılarkən zöhr və əsr namazları ilə gündüz qılınan nafilə namazlarda oxunanları gizli oxumaq. Gizli oxumağın ölçüsü, sadəcə özünün eşidə biləcəyin qədər asta  bir səslə oxumaqdır. Sübh, axşam və işa namazları ilə gecə qılınan nafilə namazlarda namaz qılan kimsə sərbəstdir, istər səsli, istərsə də gizli oxuyar. Bundan başqa ,səsli oxumaq daha fəzilətlidir.

 7 Camaatla qılınan namazlarda imamın sübh namazı ilə axşam və işa ( yatsı )  namazlarının ilk iki rükətində səsli oxuması vacibdir. Cümə namazında, bayram namazlarında, camaatla qılınan təravih namazında, təravihdən sonra camaatla qılınan vitir namazında da imamın qiraəti səsli oxuması vacibdir.

İmamın zöhr və əsr namazlarının bütün rükətlərində, axşam namazının üçüncü və işa namazının son iki rükətində gizli oxuması vacibdir.
8. Vitr namazında qunut duası oxumaq və qunut təkbiri almaq (Bu, İmam Azama görə vacibdir);

9. Qəzaya qalan bir namaz gündüz vaxtı camaatla qılındıqda, əgər sübh namazı kimi səsli qiraətlə oxunmalıdırsa,  səsli qiraətlə oxunar. Gizli qiraətlə oxunmalıdırsa, o zaman gizli oxunar. Təkbaşına namaz qılan kimsə səsli qiraətlə oxunması lazım olan namazı qəza edərkən həm səsli, həm də gizli oxuya bilər.

10.Səcdə edərkən sadəcə alın, deyil, eyni zamanda burnu da yerə qoymaq;
11. Üç və dörd rükətli namazlarda, ikinci rükətin sonunda oturmaq.(qadəi ula: ilk oturuş);
12. Namazların hər oturuşunda (iki rukətdə bir ) təşəhhüd etmək (Təhiyyatı oxumaq);
13. Namazda ikən səcdə ayəsi oxunsa, tilavət səcdəsi etmək;

 14. Ramazan və Qurban bayramı namazlarının hər iki rükətində üç dəfə əlavə təkbir almaq;
15.  Namazların fərzlərində sıraya riayət etmək. Fərz olan qiyamdan sonra rükuya getmək, rükudan sonra da səcdəyə getmək, iki səcdəni bir-birinin ardınca etmək;

 16. Vaciblərin hər birini də vaxtında etmək və daha sonraya saxlamamaq. Quran oxuduqdan sonra bir az gözləyərək düşüncəyə dalmaq və sonra rükuya getmək kimi;

 17. Namazların sonunda salam vermək; Peyğəmbər Əfəndimiz əvvəlcə sağ tərəfinə, sonra sol tərəfinə “Əssəlamu aleykum və rahmətullah” (Səlamət və Allahın rəhməti üzərinizə olsun) deyərək salam verərdi.

18. Tədili- ərkana riayət etmək;



Açar sözləri

namaz vaciblər

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz