4. 200 dəfə oxunub ,   0 şərh   Çap et

1. İftitah təkbiri. Namaza başlayarkən təkbir gətirmək, yəni “Allahu Əkbər” demək.

2. Qiyam Hər rukətdə təyin olunmuş minimum miqdarda “Quran” oxunacaq muddətdə ayaq ustə durmaq.

3. Qiraət “Quran oxumaq” deməkdir. Namazda “Quran”ı qiyam halında, yəni ayaq ustə durarkən oxumaq. Namazda Qurandan ən az üç qısa ayə və ya buna bərabər bir uzun ayə oxunmalıdır.

4. Rüku qiyamdan sonra əlləri dizlərə dayayaraq “onə doğru əyilmək” deməkdir. Sunnətə gorə, rükuda bel və baş düz xətt uzrə olmalıdır.

5. Səcdə namazda muəyyən uzvləri (diz, əl və alın) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Allah Rəsulunun (s.ə.s.) sunnətinə uyğun səcdə üz, əllər, dizlər və ayaq barmaqlarının ustundə – yeddi uzvlə səcdə etməkdir.

6. Qadeyi-axirə (son oturuş). Mənası “Son oturuş” olub namazın sonunda bir muddət (əttəhiyyat oxuyacaq qədər) oturmaq deməkdir. İki rukətlik namazlarda birinci oturuş həm də son oturuş sayılır.

Son oturuşda minimum zəruri müddət “təhiyyat” duasını oxuyacaq qədərdir.

Namazda müəyyən şərtlər də var ki, əsaslara daxil olmasalar da, onların yerinə yetirilməsi zəruridir. Bunlara namazın vacibləri deyilir. Bunun üçün namazın vacibləri mövzusuna bax.




Şərh yaz