- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Namazı tərk etmək

Sual: Mənim on iki yaşım var. Namaz qılmasam günah qazanarammı ?

Balaca qardaşımız, siz artıq həddi büluğ yaşına yaxınlaşmış və yaxud da çatmısınız. Ona görə də mütləq namazlarınızı qılmalısınız. Bu yaşdan etibarən artıq böyük insanlar kimi məsuliyyət daşıyırıq. Bəzən məktəbdə olduqda, işimiz çıxdıqda  namazımız ola bilsin vaxtında qıla bilmədik. Evə gəldikdə qəzasını mütləq qılmalıyıq. İnanın ki, insan ömürü çox məhduddur, sərmayəmiz isə azdır. Ölümün bizə nə vaxt gəlib çatacağını bilmirik. Həmyaşıdlarımız arasında maşın vuraraq, hamamda yuyunarkən dəm qazından boğularaq, bir xəstəliyə düçar olaraq və s. vəfat edən bir xeyli insan var. Fərz edin ki, öldük, İlahi hüzurda nə cavab verəcəyik? Bir də cavan ikən qılınan namazla qocalanda qılınan namazın savabı eyni olmur. Qocalanda “onsuz da bir ayağım gordadır” deyib qılırlar. Ancaq sizin kimi gənc birinin qıldığı namzın savabı daha çoxdur. Ona görə də namazı tərk etmək olmaz. Namaz imanın əkiz qardaşıdır. Bir fərqlə ki, iman erkən doğulub. Ona görə də bir adam namazı tərk edəndə imanı zəifləyir.