Mənəviyyata Açılan Pəncərə

Namaz qılarkən səsli və ya səssiz oxumaq necə olmalıdır?

Dilin kəlimələri tələffüzü iki cür olur. Birincisi, qarşısındakı şəxsə xitab etməkdir ki, buna danışıq deyilir. Digəri isə, kəlmələrin oxunmasındır. Danışmaq və oxumaq hər ikisi səsli/cəhri və ya səssiz/xafi ola bilər.

Səssiz oxumaq, oxunanı öz qulağımızda pıçıltılı hiss etməkdir. Əgər oxuduqlarımızı özümüz pıçıltı şəklində eşitmiriksə, deməli oxumuruq, sadəcə olaraq “ürəyimizdən” və ya zehnimizdən keçiririk. Səssiz oxumağın ən az səviyyəsi bütün hərfləri dil və dodaqlarımızı tərpədərək tələffüz etməkdir. Ola bilsin ki, bu təqdirdə heç bir səs çıxmasın və ya eşidilməsin. Ancaq kənardan baxan nə isə oxuduğumuzu analayır. Yoxsa ürəkdən keçirmək oxumaq sayılmır. Yəni Fatihəni, zəmmi surəni ürəyimizdən keçirsək onları oxumamış olarıq. Bəzi kitablarda “Özü eşidəcəyi qədər oxumaq səssiz, yanındakı şəxsin eşidəcəyi qədər oxumaq isə səsli oxumaqdır”˗ ifadəsi qeyd edilmişdir. Bunun üçün namaz qılarkən diqqətli olmalı, hər kəs oxuyub-oxumadığını yoxlamalıdır.

Exit mobile version