Mənəviyyata Açılan Pəncərə

Namaz qılan adamın qabağından keçmək

عَنْ عَبْدِ اللّٰهِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الْأَنْصَارِيِّ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَيِ الْمُصَلّ۪ي مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَع۪ينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ» قَالَ الرَّاوِي: لَا أَدْر۪ي قَالَ أَرْبَع۪ينَ يَوْمًا أَوْ أَرْبَع۪ينَ شَهْرًا أَوْ أَرْبَع۪ينَ سَنَةً.

 

Abdullah ibn Haris ibn Simmə əl-Ənsari (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu bəyan etmişdir:

“Namaz qılanın qabağından keçən adam bununla nə qədər günah qazandığını bilsəydi, qırx (gün, ay, il) və ya bilmirəm, nə qədər müddət yerində gözləyər, amma namaz qılanın qabağından keçməzdi”.

Hədisi rəvayət edən şəxslərdən Əbu Nadr deyir: “Qırx gün, və ya qırx ay, və ya qırx il dediyini dəqiq xatırlamıram”. [Buxari, Salat 101; Müslim, Salat 261]

Exit mobile version