1. 630 dəfə oxunub ,   0 şərh   Çap et

 

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِن۪ينَ

Sənə tabe olan möminləri qanadının altına al! {“Şuara” surəsi, 26/215}

يَا أيُّهَا الَّذ۪ينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ د۪ينِهِ فَسَوْفَ يَأْتِي اللّٰهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَةٍ عَلَى الْمُؤْمِن۪ينَ أَعِزَّةٍ عَلَى الْكَافِر۪ينَ

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar.. {“Maidə” surəsi, 5/54}

يَا أَيُّهَا النَّاسُ إنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثٰى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللّٰهِ أَتْقَاكُمْ

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Unutmayın, Allah yanında ən hör­mətliniz təqvada ən öndə olanınızdır (Allaha hörmət edib ha­ram işləməkdən çəkinmək). {“Hucurat” surəsi, 49/13}

فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقٰى

Özünüzü təmizə çıxarmayın. Allah Ondan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!  {“Nəcm” surəsi, 53/32}

 عَنْ عِيَاضِ بْنِ حِمَارٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِنَّ اللّٰهَ أَوْحٰى إِلَيَّ أَنْ تَوَاضَعُوا حَتّٰى لَا يَفْخَرَ أَحَدٌ عَلٰى أَحَدٍ، وَلَا يَبْغِيَ أَحَدٌ عَلٰى أَحَدٍ»

İyaz ibn Himərin (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Allah mənə: “O qədər təvazökar olun (və içinizdən təkəbbürü elə silin) ki, heç kim başqasına təkəbbür gös­tərməsin, heç kim başqasına zülm etməsin,” – bildirdi”. [Müslim, Cənnət 64]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ، وَمَا زَادَ اللّٰهُ عَبْدًا بِعَفْوٍ إِلَّا عِزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ لِلّٰهِ إِلَّا رَفَعَهُ اللّٰهُ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Maldan sədəqə verməklə ondan heç nə əskilmir. Allah-Tə­ala insanları bağışlayan bir bəndənin şərəf və izzətini artırar. (Sadəlikdən) başıaşağı və təvazökar olanı Allah da ucaldar”. [Müslim, Birr 69]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «مَا بَعَثَ اللّٰهُ نَبِيًّا إِلَّا رَعٰى الْغَنَمَ» قَالَ أَصْحَابُهُ: وَأَنْتَ؟ فَقَالَ: «نَعَمْ كُنْتُ أَرْعَاهَا عَلٰى قَرَار۪يطَ لِأَهْلِ مَكَّةَ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulu (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Allahın elçi göndərdiyi hər bir peyğəmbər mütləq qoyun otarıb çobanlıq etmişdir”. Səhabələr: “Sən də otarmısan, ey Allahın Rəsulu?” – deyə soruşdular. Peyğəmbərimiz (s.ə.s.) buyurdu: “Bəli, mən də Qararit adlı yerdə məkkəlilərin qoyunlarını otarmışdım”. [Buxari, İcarə 2, Ənbiya 29]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ  قَالَ: لَوْ دُع۪يتُ إِلٰى كُرَاعٍ أَوْ ذِرَاعٍ لَأَجَبْتُ. وَلَوْ أُهْدِيَ إِلَيَّ ذِرَاعٌ أَوْ كُرَاعٌ لَقَبِلْتُ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Məni istər qoyunun ayağından, istərsə bel ətindən (hazırlanan) yeməyə dəvət etsələr, fərq qoymaz, hökmən gedərəm. Əgər mənə bel əti və ya qoyun ayağı pay gətirsələr, geri qaytarmaz, qəbul edərəm”. [Buxari, Hibə 2; Müslim, Nikah 104]

İzah: Hədisdə Peyğəmbərimizin (s.ə.s.) qoyun ayağı ilə bel ətini misal verməsi təsadüfi deyildir. Ərəblər “Nökərə qoyun ayağı versən, səndən bel əti istəyər” deyirlər. Yəni onlara görə, bel əti yeməyi çox məqbul, qoyun ayağından hazırlanan xörək isə dəyərsizdir. Bundan başqa, Peyğəmbərimiz (s.ə.s.) bel ətini xoşlayardı. Hədisdə bilavasitə Allah Rəsulu (s.ə.s.) yeməkləri bir-birindən ayırmadığını, istər kasıb, istərsə varlı süfrəsi olsun, dəvəti qəbul etdiyini xüsusi vurğulayır.

 عَنْ أَنَسٍ  قَالَ: كَانَتْ نَاقَةُ رَسُولِ اللّٰهِ  الْعَضْبَاءُ لَا تُسْبَقُ أَوْ لَا تَكَادُ تُسْبَقُ، فَجَاءَ أَعْرَابيٌّ عَلٰى قَعُودٍ لهُ فَسَبَقَهَا، فَشَقَّ ذٰلِكَ عَلَى الْمُسْلِم۪ينَ حَتّٰى عَرَفَهُ النَّبِيُّ  فَقَالَ: «حَقٌّ عَلَى اللّٰهِ أَنْ لَا يَرْتَفِعَ شَيْءٌ مِنَ الدُّنْيَا إِلَّا وَضَعَهُ»

Hz. Ənəs (r.a.) nəql edir: “Rəsulullahın (s.ə.s.) Adba adlı dəvəsini yarışda heç bir dəvə ke­­çə bilməzdi. Bir cavan dəvə minmiş bədəvi yarışda Adbanı keç­di. Adbanın yarışda uduzması müsəlmanlara ağır gəldi. Məsələni öyrənən Allah Rəsulu (s.ə.s.) belə buyurdu: “Dünyada yük­­sələn (zirvəyə qalxan) bir şeyi (oradan) endirmək Allahın adə­ti-Sübhanisindəndir. (Allah-Təalanın nöqsansız, də­yişməz ic­ra­at­la­rın­dandır)”. [Buxari, Cihad 59, Riqaq 38]



Açar sözləri

təvazökar olmaq

Şərh yaz