Mənəviyyata Açılan Pəncərə

Mömin məsuliyyət insanıdır

كُلُّكُمْ رَاعٍ وَكُلُّكُمْ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ. اَلْإِمَامُ رَاعٍ وَمَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ وَالرَّجُلُ رَاعٍ فِي أَهْلِهِ وَهُوَ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ. وَالْمَرْأَةُ رَاعِيَةٌ فِي بَيْتِ زَوْجِهَا وَمَسْؤُولَةٌ عَنْ رَعِيَّتِهَا. وَالْخَادِمُ رَاعٍ فِي مَالِ سَيِّدِهِ وَمَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ وَكُلُّكُمْ رَاعٍ وَمَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ

Hər biriniz raisiniz (çoban) və hamınız əlinizin altındakılara cavabdehsiniz: dövlət başçısı bir raidir və rəiyyətinə cavabdehdir. Hər fərd ailəsinin raisidir və rəiyyətinə görə məsuliyyət daşıyır. Qadın ərinin evinin çobanıdır və öhdəsində olan şeylərə cavabdehdir. Xidmətçi ağasının malının raisidir və ona tapşırılanlara cavabdehdir. Hər biriniz raisiniz və hər biriniz rəiyyətinizdən məsulsunuz”[1]

Rai “bir şeyi qoruyan”, “bir şeyə nəzarət edən” mənalarına gəlir. Çobana “rai” deyilməsi də ona əmanət edilən heyvanları ən təhlükəsiz və əlverişli yerlərdə otarması, onları qurda-quşa yem etməməsi, bir çətinliklə üzləşəndə əlindən gələni əsirgəməməsi, işini görəndə də daim xəsis və xəbis istəklərdən uzaq olması və dərin şəfqəti, əngin mərhəmət hissi ilə sürünün dərdlərinə həmdərd, sevincinə də şərik olması kimi əhəmiyyətli xüsuslardan qaynaqlanır.

Və elə, bir mənada dövlət başçısı ilə rəiyyət arasında da belə bir münasibət olmalıdır. Dövlət başçısı və onun məmurları da rəiyyəti qorumağ, onun kədər və sevincinə şərik olmaq, onlara xoşbəxt gələcək hazırlamaq və onların çətinliklərini aradan qaldırmaqla məsuldur…

Ailə başçısı ilə ailə üzvləri arasında da eyni münasibət hakimdir. Ailənin dolanışıq pulu, geyim-keçim və münasib yaşayış yeri ilə təmin edilməsi kimi məsələlərdə birinci məsuliyyət ailə başçısının çiyninə düşür. Təlim-tərbiyə, gözəl keçinmək, dünya və axirət səadətini təmin etmək kimi məsələlərdə də məsuliyyəti yenə o daşıyır.

Bu cabadehlik qadının əri ilə münasibətlərinə də aiddir. Qadın evinin işlərini idarə etməyə, ərinin malını, şərəf və ləyaqətini qorumağa sürüsündən məsul olan bir çoban kimi cavbdehlik daşıyır.

Xidmətçinin ağasının malını, mülkünü, övladın atanın sərvət, şərəf və heysiyyətini qoruması – hamısının təməlində bu “rai” – “rəiyyət” münasibəti dayanır.  Dinə görə, demək olar ki, hər kəs “rai” və “məri” kimi mükəlləf sayılır. İnsan həm bir çoban, yəni cavabdeh, həm də qorunan rəiyyətdir. Hətta bir “rai” nəzarət etməyə rəiyyəti olmasa belə, yenə məsul sayılır. Bəli, hər kəs öz nəfsini, ağlını və bütün duyğularını, bütün üzvlərini bir əmanət kimi qorumaq və düzgün istifadə etmək məcburiyyətindədir.

İslam bildiyimiz bütün sistemlər və dinlər arasında dövlət başçısından evlərimizdə işləyən xidmətçilərə qədər, həm də demokratiyanın yuxulara girmədiyi bir dövrdə hər kəsin məsuliyyətini ən incə təfərrüatına qədər müəyyən edən yeganə həyat qanunnaməsidir və bu mənada ona rəqib (və ya alternativ) başqa sistem göstərmək mümkün deyildir.

Allah Rəsulu: (s.ə.s.) “İdarəçi məsuliyyət daşıyır,” – buyurur, onun məsuliyyətini, cavabdehlik hüdudlarını, vəzifə və mükəlləfiyyətlərini bir-bir sıralayır. Qadın və kişinin məsuliyyətlərini xatırladır və hər ikisinə də ayrı-ayrı sahələrdə müəyyən məsuliyyətlər yükləyir. Atanın övlad, övladın ata yanında hansı məsələlərdə məsuliyyət daşımasından danışır və hər iki tərəfin haqq və mükəlləfiyətlərinə diqqət çəkir. Hətta bu mövzuda dünyadakı inkişafı nəzərə alsaq, erkən dövrdə xidmətçi və işçilərin haqq və məsuliyyətlərindən danışaraq bəşər tarixindəki ictimai böhranlardan çox-çox əvvəl onlara həll yolu təklif edir.

Budur, dövlət başçısından və təbəənin qarşılıqlı hüquqlarından – çoxu Allahın hökmlərində (ehkami-sultaniyyədə) bəyan edilmişdir – övlad və ana-ata, ər-arvad və işçi-işə götürən haqlarına qədər fiqh kitablarında, əxlaq və tərbiyə risalələrində, sosiologiya və hüquq əsərlərində geniş yer tutan o qədər məsələnin üç-dörd sözlə peyğəmbəranə  ifadəsi..!

 

[1] Buxari, Cümə 11; Müslim, İmarə 20.

Exit mobile version