- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Mələklərin hansı vəzifələri var?

Quran ayələrinin və bəzi hədislərin işığında Uca Yaradanın mələklərə verdiyi vəzifələri aşağıdakı şəkildə sadalaya bilərik:

1. Allahı hər cür nöqsan və yanlış düşüncədən tənzih etmək[1], Ona gecə-gündüz həmd və şükür etmək, Onu (c.c.) Ona yaraşan şəkildə ucaltmaq.[2]

2. Allahın peyğəmbər seçdiyi bəndələrə vəhy gətirmək.[3]

3. Peyğəmbərləri salət-salamla ucaltmaq və dünya həyatında bütün insanlara xeyir-dua etmək.[4]

4. Peyğəmbərlərə və möminlərə mənəvi dəstək olub, onları sıxıntılı və kədərli anlarda rahatlatmaq, inkarçıları isə sıxıntıya salmaq.[5]

5. İnsanları qorumaqla bir mənada bəşər övladına xidmət etmək.[6]

6. İnsanların əməllərini qeydə almaq.[7]

7. Kainatla bağlı ilahi icraata vasitəçilik etmək.[8]

8. Bəşərin yaradılışı və ölümü ilə əlaqədar vəzifələri yerinə yetirmək.[9]

9. İlahi cəzaların tətbiqini həyata keçirmək.[10]


[1] Uzaq bilib söyləmək

[2] “Bəqərə” surəsi, 2/30; “Əraf” surəsi, 7/206.

[3] “Nisa” surəsi, 4/163; “Həcc” surəsi, 22/75.

[4] “Şura” surəsi, 42/5; “Ğafir” surəsi, 40/7-9.

[5] “Bəqərə” surəsi, 2/87; “Ali-İmran” surəsi, 3/124-125.

[6] “Rad” surəsi, 13/11.

[7] “Rad” surəsi, 13/11; “Qaf” surəsi, 50/17-18.

[8] “Naziat” surəsi, 79/5.

[9] Buxari, “Bədul-halq”, 6; “Səcdə” surəsi, 32/11.

[10] “Bəqərə” surəsi, 2/220; “Ənfal” surəsi, 8/50.