6. 091 dəfə oxunub ,   0 şərh   Çap et

Məktəbəqədər yaşlardakı uşaqlara Allah inancı və din duyğusu necə aşılanmalıdır?

Uşağa, nəyi, nə zaman, necə və kimin öyrədəcəyi sualı, köhnədən bəri ana, ataları və tərbiyəçiləri məşğul etmişdir. Uşağa öyrətmək istədiyimiz xüsuslar imana dair mövzular olunca, bu sual daha əhəmiyyətli hala gəlir.
İnsanın heç bir zaman dinsiz yaşadığı görülməmişdir. Adı və inancları nə olursa olsun, tarixin hər dövründə, şübhəsiz bir “din” anlayışı olmuşdur. Həm maddi və mənəvi ünsürləri bünyəsində saxlayan insan, bir tərəfdən maddi varlığının davamı üçün məşğul olub çalışarkən, digər tərəfdən özünə yaradılışda verilən inanma ehtiyacına təmin edici cavablar axtarır. Onu məşğul edən bu sualların cavablarını da sağlam dini mənbələrdən tapması vacib məsələdir. İnsanın uşaqlığında eşitdiyi, öyrəndiyi dini biliklər həyatı boyunca onda dərin təsirlər göstərir. Bunun görə də dini biliklər daha uşaq ikən verilməlidir. “Ağac yaş ikən əyilər”, atalar sözü unudulmamalıdır.
İmam Qəzali uşaq ürəyini “bomboş, saf, hər şeyi almağa və yönəldildiyi hər şeyi etməyə meylli” olaraq xarakterizə edərkən, İbn Miskeveyh isə uşağın söylənilən bütün təlqinləri qəbul edəcək fitrətdə olduğunu söyləyir. Çünki İbn Sinanın da dediyi kimi; uşaq, doğularkən özü ilə bir çox qabiliyyət gətirər. Lakin bunların inkişaf etdirilməsi lazımdır. Yəni bu qabiliyyətlər müsbətə, dinə yönəldilərsə uşaq dindar; mənfi istiqamətə və dinsizliyə yönəldilərsə də uşaq dinsiz olacaq. Əsrimizin böyük islam alimlərindən biri mövzumuzla əlaqədar bunu söyləyər: “Uşaq kiçik yaşlarında iman dərsini sağlam bir şəkildə almazsa, sonrakı illərdə onun iman və İslam əsaslarını həyatına yansıtması çətin prosesdir. Onun dini öyrənməsi qeyri- müsəlman birinin İslamiyyəti qəbul etməsi dərəcəsində çətin olar.”
Uşaq psixologiyasıyla əlaqədar yazılan əsərlərə nəzər salındıqda, uşaqlıq çağını müxtəlif mərhələlərə ayrıldığı görüləcək. Ümumiyyətlə qəbul edilən yaş bölgüsü bu şəkildədir.
Körpəlik: 0-3 yaş
Uşaqlığın ilk dövrü: 3-6 yaş
Uşaqlığın son dövrü : 6-ll yaş (qızlar) 6-13 yaş (oğlanlar)
Uşağın gələcəyinə təsir etməsi baxımından ilk iki dövr daha əhəmiyyətlidir.
Körpəlik dövrü
0-3 yaşları arasında içinə alan bu dövrdə, uşaqda hər hansı bir dini duyğu və düşüncə əlaməti görülməz. “Uşaq tamamilə passiv vəziyyətdə və hər mövzuda valideynlərinə möhtacdır. Ancaq dünyadan və ətraf mühitindən tamamilə təcrid edilmiş də deyildi. Uşaq, ciddi mənada hər hansı bir fiziki və ictimai fəaliyyətdə rol almasa da, ətrafındakı hadisələrə qarşı həssasdır. Çünki aparılan tədqiqatlar, uşağın, çöldən gələcək olan dini motivlərə və təlqinlərə qarşı ‘ruhən’ qabiliyyətli və hazır yaradıldığını göstərmişdir. Böyük təfsir alimi Almalılı Həmdi Yazır: “Hər fərdin ruhuna bir haqq-hüquq və Allahı tanıma-bilmə duyğusu yerləşdirilmişdi”,– deyir . Alman Psixoloq Hollenbach isə: “Uşaqda görünməyən və bizim hələ də izah edilə bilmədiyimiz çox güclü bir maraq duyğusu və özünə kömək edəcək, onu qoruyacaq “sonsuz bir qüvvət sahibini” axtarış vardır. Uşağı dindar edən onun içindəki bu sonsuzluğa qarşı duyduğu maraq və həsrətdir. Ancaq bu həsrət və marağın, ailə tərəfindən təşviq edilməsi və istiqamətləndirilməsi lazımdır.
Uşaqlığın ilk dövrü (Təqlid dövrü)
Üç yaşından etibarən uşaq ətrafında yer alan hər şeylə bir şəkildə maraqlanmağa başlayır. Əlinə keçirdiyi əşyalarla oynamağa və onları tanımağa çalışır. Bu yaşlarda özünə güvən, sevmə və sevilmə kimi duyğular inkişaf edər. Uşaq bu ehtiyacları qarşılamaq, başqasına möhtac olmadığını göstərmək istər. Bu səbəbdən ətrafındakı əşyalara sahib olmağa, onları qırmağa, yırtmağa, bu şəkildə özünü isbat etməyə çalışar. Bu yaşlardakı uşaqlar, əvvəlcə duyğuları ilə hərəkət edərlər. Duyğularına xitab edən şeylərə daha çox maraqlanırlar. Ancaq unutmamalıyıq ki,uşağın zəkası hələ bütün hadisələri anlayacaq səviyyədə deyil. Qarşılaşdığı hadisələrə necə reaksiya verəcəyini bilməz. Buna görə də bu yaşlardakı uşaqlarda ‘təqlid’ ön plana çıxar.
Təqlid dövründəki uşaqlar özlərinə ideal bir model seçmə ehtiyacı hiss edərlər. Uşaq üçün ideal model ola biləcək şəxslər də ona ən yaxın olan ailə üzvləri və əzizləridir. Aparılan tədqiqatlar göstərmişdir ki, dini tutum və davranışların formalaşmasında ətrafındakı şəxslərin (ailə üzvlərinin) təsiri diqqətə çarpacaq şəkildə qabarıqdır. Peyğəmbər Əfəndimiz (s.ə.s.): “Hər uşaq, İslam fitrəti üzərinə doğular. Sonra valideynləri onu, Xristian, Yəhudi və ya Atəşpərəst edər. Əgər ana-atası müsəlman isə, uşaq da müsəlman olar.” – deyərək, uşaqda dini duyğu və düşüncənin meydana gəlməsində ailənin, xüsusilə də ana-atanın roluna işarə etmişdir. Bu yaşlardakı uşaqlar, özlərinə ”ideal model ” olaraq seçdikləri ailə fərdlərindən gördükləri ibadətləri, dini motivli hər cür davranışı səmimi bir şəkildə qəbul edərək etməyə çalışırlar. Mənbəyini “sevidiyini təqlid etmə” psixologiyasından alan bu fitri meyl, uşağın dini həyatının meydana gəlməsində olduqca əhəmiyyətlidir. Buna görə uşaq üçün model olacaq şəxslərin öz söz və davranışlarına diqqət etmələri lazımdır. Uşaqlarının dini duyğularını inkişaf etdirmək üçün nəsihət edən valideynlər söylədiklərini özləri yaşamalıdırlar. Yəni namaz, oruc, zəkat kimi ibadətlərlə dərinləşməz, dürüstlüyü, zəhmətkeşliyi fitrətlərinin bir parçası halına gətirməz, söylədikləri gözəl sözlər davranışlarında öz əksini tapmazsa, sərf etdiyi sözlərin təsiri bir yana, bəzən əksi vəziyyət ortaya çıxar. Uşaq dini duyğu düşüncədən, gözəl əxlaqdan çox uzaq qalar.
Ortaya belə sual çıxır , bəs onda valideynlər necə davranmalıdırlar? Sözlərinin uşaqları üzərində təsirli olmasını istəyən ana və atalar “əvvəlcə söyləmək istədikləri şeyləri, özləri kamalı- həssaslıqla yaşamalı, sonra onları uşaqlarının etməsini istəməlidirlər.”
Gözəl nümunə olmaq
Uşağın, ətrafındakı şəxsləri (modelləri) qəbul etməsi üçün edilən duaları eşitməsi, yerinə yetirilən ibadət görməsi çox əhəmiyyətlidir. Bu gördükləri və eşitdikləri şeylər uşağın şüur altına yerləşir və yavaş-yavaş uşaq tərəfindən mənimsənir. Məsələn ana atasından birini namaz qılarkən görən 3-4 yaşlarındakı bir uşaq, əvvəl onları izləyər, hərəkətlərini təqib edər, sonra da bunları təqlid edər. Məsələ azan oxunduqda namaza hazırlanan valideynlərinə görən uşaq, bir müddətdən sonra azan oxunduqda, özünü göstərmək üçün, ana və atasını qabaqlayaraq “haydı namaza” deyər. Evdə edilən səsli dualara və şükür ifadələrinə, uşaq da bir müddət sonra yoldaşlıq etməyə başlayar. Eyni şəkildə uşağa ehtiyacları olan şeylər üçün Allaha dua etməsi gərəkdiyini ona təlqin etmək lazımdır. Bu şəkildə onda Allahın sığınılacaq tək qapı olduğu inancı yerləşəcəkdir. Uşağa Allaha inanmanın və mömin olmağın faydaları, Allahın qullarına çətinə düşdüklərində kömək elədiyi izah edilməlidir. Bunu edərkən də, uşaqların maraq duyduğu nağıl və hekayələr danışa bilərik.
İnamla əlaqədar hekayə və rəvayətlər, uşaqda, görünən aləmin ötəsində bir qüvvənin olduğu düşüncəsinin inkişafını sürətləndirir. Bunun üçün, uşaqlara Qurani-Kərimdəki peyğəmbər qissələri və Peyğəmbərimizin (s.ə.s.) həyatı izah edilməlidir. Bundan başqa səhabələrin göstərdikləri səbir və qəhrəmanlıqlar, inandıqları dəyərləri yaşamadakı əzm və səyləri nəzərə verilərək zehinlərində ideal mömin tipi şəkilləndirməliyik.
Uşağa alınacaq oyuncaqlar necə olmalı?
Uşaqlar, 3-6 yaşlarında mücərrəd fikir və məfhumları qavraya bilmədiyi üçün, daha çox dini simvollarla maraqlanar. Bunun üçün uşağa veriləcək oyuncaqlarda, dini anlayışıları əks etdirə biləcək, xatırladacaq və simvollarla ifadə edə biləcək xüsusiyyətlər olmalıdır. İçində dini ünsürlərə yer verilən yap-bozlar (puzzl), legolar, tapmacalar, cizgi film disklər və s. bu mənada istifadə edilə biləcək vəsaitlərdir. Ayrıca dini bayramlarda, Peyğəmbərimizin (s.ə.s.) mövlüdü və digər mübarək günlərdə onlar hədiyyə bir şey alaraq o günün yadda qalmasını təmin edə bilərik. Bunların yanında uşağın nümunə götürdüyü və sevdiyi şəxslərdən ona hədiyyə verilcək səccadə və təsbeh kimi əşyalar da çox əhəmiyyətlidir. Çünki uşaqlara dini düşüncə ancaq sevdirilərək qazandırıla bilər. Allah inancını sevgi təməlləri üzərində qurmalıyıq. Heç bir zaman etdikləri bir səhvlərə görə “Allah səni cəzalandırar, Cəhənnəmə atar.. ” bənzəri sözlərlə onları qorxutmamalıyıq. Kiçik yaşlı uşaqların Allaha ümid və sevgi ilə bağlanması, irəli yaşlarda Ona inamın məntiqi bir şəkildə formalaşmasına təsir göstərir. Allah sevgisinə bağlı bir iman, uşaqlarda əsas duyğulardan sayılan ümid və bağlanma duyğuları ilə bütünləşəcək, qüvvətlənəcək və sağlam bir şəkildə Allaha inam formalaşacaqdır.
Son olaraq; biri beş digəri altı yaşında iki uşağın öyrəndikləri dini biliklərin nəticəsini göstərən bir analizi vermək istərdik.
Murad (5 yaş): “Namaz qılsaq və insanlara yaxşılıq etsək Allah bizi sevər. Xətalarımızı bağışlayar. O, anamı, atamı, qardaş-bacımı, nənəmi, dostlarımı, hər kəsi sevir. Ancaq kiçik uşaqları daha çox sevir.”
Alper (6 yaş): ” Ata-anamıza qarşı gəlsək Allah bizi cəzalandırar… Anaya və ataya qarşı gələrsən, onları döyərsən, Allaha da qarşı gəlmiş sayılır. O zaman Allah səni qara quyunun içinə atar, orada yandırar. Pis söz söyləyərsək , Allah bizi atəşin üstündə yürüdər. ”
Bu ifadələrdən hansının daha doğru olduğunu söyləməyə gərək varmı?

Şərəf YILMAZ

“Sızıntı” jurnalında dərc olunan eyni adlı yazı bəzi əlavələrlə sadələşdirilmişdir.
http://www.sizinti.com.tr/konular/ayrinti/okul-oncesi-cocuklarda-allah-inanci-ve-din-duygusu.html

Qaynaqlar
– Ay, M.Emin, Çocuklarımıza Allah’ı Nasıl Anlatalım, Timaş Yayınları, İstanbul 2002.
– Emirdağ Lahikası.
– Peker, Hüseyin, Din Psikolojisi, Aksiseda Yayınları, Samsun 2000.
– Yazır, Elmalılı Hamdi, Hak Dinî Kur’ân Dili, İstanbul 1978, VI, 3.3824
– S. J. M, Hollenbach, Christliche Tiefenerziehung, Frankfurt, 1960, s. 80’den aktaran Peker, Hüseyin.
– Yavuz, Kerim, Çocukta Dinî Duygu ve Düşüncenin Gelişmesi, DİBY Yay. Ankara, 1983.
– Pazarlı, Osman, Din Psikolojisi, Remzi Kitabevi, İstanbul 1972.
– Buhari, Cenaiz, 79, Müslim, Kader 23.
– Çekirdekten Çınara, Nil Yay. İzmir 2003.



Açar sözləri

allah inancı mekteb

Şərh yaz