3. 120 dəfə oxunub ,   0 şərh   Çap et

Məd; مَدّ يَمُدّ  kökündən gələn bir məsdərdir. Lüğət mənası uzadmaq və artırmaqdır. Təcvid elmində isə, açıq və ya gizli məddi tələb edən hərflərdən biri ilə özlərindən öncə gələn hərfin səsini uzadaraq oxumaq deməkdir. Qurani-Kərimdə məddin varlığında şübhə yoxdur. Ancaq səsin uzadılmasında qiraət alimləri arasında bəzi ixtilaflar görünür. Bu ixtilaflar mütəvatirdir və yeri gəldikcə izah ediləcəkdir.

Məddlə yanaşı, bir də “qəsr”  (  قصر)vardır. Qəsr məddin ziddidir və qısaldmaq mənasındadır. Uzadmadan oxumaq da deyə bilərik. Əsl olan qəsrdir. Məd isə təbi ki, bir səbəbə dayanmalıdır.

Məddi qisimlərə ayırmadan öncə hərfi-məd və səbəbi-məd terminlərini izah edək.

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

məd

Şərh yaz