- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Koronavirusa qarşı oxuya biləcəyimiz hacət duası

Məlumudur ki, hal-hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Hər gün bir çox insan dünyasını dəyişir. Başda ölkəmiz olmaqla bütün bəşəriyyətin bu təhlükədən xilas olması üçün hər kəsin üzərinə az və ya çox məsuliyyət düşür. Əlaqədar qurumlar bu məsəldə öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirirlər. Bizlərə düşən məsuliyyət də evdə qalaraq xəstəliyin yayılma sürətini azaltmaqdır.

Bununla yanaşı inanan insanlar olaraq bizlər də evdə boş oturmamalı, dua etməliyik.

Bu çətin vəziyyətdə hərə öz peşəsinə uyğun iş görməyə çalışır. Şəfqət qəhrəmanı tibb işçiləri fədakarlıq edərək xəstələrin müalicəsi ilə məşğul olurlar. Aidiyyəti üzrə digər qurumlar da səbəblərə riayət edərək vəzifələrini yerinə yetirirlər. Müsəlman olaraq biz də maddənin yanında mənanın da böyük əhəmiyyət kəsb etdiyini inanırıq. Bu məqsədlə dua edərək onlara mənəvi dayaq ola bilərik. Çünki “biz birlikdə güclüyük”.

Mülkün sahibi qüdrəti sonsuz Rəbbimizdir. O öz mülkündə dilədiyi şəkildə hökm edir. Allahın bizim üçün təqdir etdiyi mütləq xeyirdir. Şər olaraq görünən şeylər isə bizim xəta və günahlarımız ucbatından baş verir. Bəlkə də bizim şər kimi gördüyümüz şeylərin arxasından bir çox gözəlliklər ortaya çıxacaq…

Bütün səbəblərin üzərində ən böyük təsir edici qüvvə – Əsl Səbəbkar olan Allahdır. Onun istədiyi olar, istəmədiyi isə olmaz. Naçar qaldığı yerdə bəndə Ona əl açar, Qüdrəti Sonsuz Rəbbimiz də onun üçün heç gözəmədiyi sürprizlər lütf edər.

“Dua ibadətlərin əsasıdır.” Rəbbimiz: “Dua edin ki, qarşılıq verim” – buyurur. İnsan çarəsiz qalanda Ona iltica edəndə çarələr tükəndiyi üçün duasında daha səmimi olur.

Bütün bəşəriyyətin bu müsibətdən xilas olması üçün gəlin birlikdə dua edək.

اَللَّهُ أَكْبَر ُكَبِيرًا . وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا . فَسُبْحَانَ اللَّهِ بُكْرَةً وَأَصِيلاً

اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

وَالصَّلَاةُ وَالسَّلَامُ  عَلَى سَيِّدِنَا وَمَوْلَانَا مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ أَجْمَعِينَ

إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ لَا اِلَهَ إِلَّا أَنْتَ  سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

 رَبِّ إِنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ

Allah böyükdür. Bütün həmd-sənalar Uca Allahın haqqıdır. Səhər-axşam zikr edilməyə layiq olan da yalnız Odur. Aləmlərin Rəbbi Uca Allaha sonsuz həmd və şükür, Kainatın İftixarı Rəsulullahın ailəsinə və əshabına sonsuz salat və salam olsun.

Hüzn və qəm-qüssəmi yalnız Sənə ərz edirəm. Ey Rəbbim! Yeganə ilah Sənsən. Səndən başqa məbud yoxdur. Sən Sübhansan, bütün nöqsanlardan uzaq və böyüksən. Əslində mən özümə zülm etmişəm. Əfvinə sığınıram.

اللَّهُمَّ اهْدِنَا فِيمَنْ هَدَيْتَ، وَعَافِنَا فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنَا فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لَنَا فِيمَا أَعْطَيْتَ وَقِنَا شَرَّ مَا قَضَيْتَ، فَإِنَّكَ تَقْضِي وَلَا يُقْضَى عَلَيْكَ، وَإنَّهُ لَا يَذِلُّ مَنْ وَالَيْتَ وَلَا يَعِزُّ

مَنْ عَادَيْتَ، تَبَرَكْتَ رَبَّنَا  وَتَعَالَيْتَ. فَلَكَ الْحَمْدُ عَلَى مَا قَضَيْتَ وَنَسْتَغْفِرُكَ اللَّهُمَّ وَنَتُوبُ اِلَيْكَ

Allahım, haqqı və batili bir-birindən ayıraraq hidayət verdiklərinin  içərisində mənə də hidayət ver. Əfv etdiklərinlə bərabər məni də əfv eylə. Məni də dostlarına əlavə eylə. Mənə lütf etdiklərini bərəkətləndir. Təqdir etdiyin hadisələrin şərindən məni qoru. Həqiqətən, Sən hər kəsə hökm edənsən və heç kim Sənin hökmünə qaşrı gələ bilməz! Sənə heç kim hökm edə bilməz! Sənin dost götürdüyünü heç kəs zəlil edə bilməz. Və Sənin düşmən götürdüyünü heç kəs izzətləndirə bilməz. Verdiyin hökmlərə görə həmd yalnız Sənədir. Ey Rəbbimiz Sən mübarəksən, Sən ucasan!

لَا إِلَهَ إِلَّا اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ، سُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ، اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Həlim və Kərim olan Allahdan başqa ilah yoxdur. Böyük ərşin rəbbi Allahı təsbeh edirəm. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.

أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَعَزَائِمَ مَغْفِرَتِكَ وَالْعِصْمَةَ مِنْ كُلِّ ذَنْبٍ وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَالسَّلَامَةَ مِنْ إِثْمٍ، لَا تَدَعْ لِي ذَنْبًا إِلَّا غَفَّرْتَهُ ولَا هَمًّا إلَّا فَرَّجْتَهُ وَلَاحَاجَةً

هِيَ لَكَ رِضًا إِلَا قَضَيْتَهَا يَا أَرْحَمَ الرَّاحِمِينَ

Ey Rəbbim! Səndən rəhmətini qazandıracaq əməllər, mərhəmətinə səbəb olacaq vəsilələr istəyirəm. Mütləq gerçəkləşəcək məğfirətini umur, günahlardan qorunmağı, hər cür yaxşılığa məzhər olmağı, bütün günahlardan uzaq qalmağı diləyirəm. Ey Ərhəmərrahimin! Bütün günahlarımı bağışla, hər cür kədərdən məni arındır. Sənin rizana uyğun bütün ehtiyaclarımı qarşıla!

اَللَّهُمَّ كَاشِفَ الْغَمِّ مُفَرِّجَ الْهَمِّ مجُيِبَ دَعْوَةِ الْمُضْطَرِّينَ إِذَا دَعَوْكَ رَحْمَانَ الدُّنْيَا وَالْأَخِرَةِ وَرَحِيمَهُمَا فَارْحَمْنِي فِي حَاجَتِي هَذِهِ بِقَضَائِهَا وَنَجَاحِهَا رَحْمَةً تُغْنِينِي بِهَا

عَنْ رَحْمَةٍ مَنْ سِوَاكَ

Ey kədərdən qoruyan, üzüntüləri sevincə çevirən, qayğıları götürən, dua edən çarəsizlərin duasına icabət edən Rəbbim! Ey dünya və axirətin Rəhman və Rəhimi! Bu ehtiyacımı qarşılamaq üçün (başqalarının mərhəmətinə möhtac olmadan) mənə rəhm eylə!

اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ وَاَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ، يَا مُحَمَّدُ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى رَبِّي فِي حَاجَتِي هَذِهِ لِتُقْضَى لِي، اَللَّهُمَّ فَشَفِّعْهُ فِيَّ

Allahım Sənə üz tuturaq yalvarıram. Rəhmət peyğəmbəri həzrət Muhammədi vəsilə edərək sənə yönəlirəm. Ey Muhamməd əleyhissalam, ey Peyğəmbərim! Bu diləyimin yerinə yetməsi üçün səni vəsilə edərək Rəbbimə yönəlirəm. Allahım, Rəsulunu haqqımda şəfaətçi eylə.

اَللَّهُمَّ إنِّى أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكِ، وَأَعُوذُ بِمُعَافَتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ، أُحْصِي ثَنَاءً عَلَيْكَ، أَنْتَ كَمَا أثْنَيْتَ عَلَى نَفْسِكَ

“Allahım! Qəzəbindən rizana, cəzalandırmandan əfvinə sığınıram. Səndən Sənə sığınıram. Səni haqqı ilə tərif etməyə gücüm çatmaz. Sən, özünü tərif etdiyin kimisən.”

بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِيِ الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

O Allahın adı ilə ki, Onun adı ilə hərəkət edib Ona sığındıqdan sonra yerdə və göydə heç bir şey zərər verə bilməz. O, hər şeyi eşidən və biləndir.

بِسْمِ اللَّهِ بِسْمِ اللَّهِ بِسْمِ اللَّهِ بِسْمِ اللَّهِ أَدْعُوكُمْ، اَللَّهُ يَشْفِيكُمْ مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكُمْ، بِسْمِ اللَّهِ أَدْعُوكُمْ ، اَللَّهُ يَشْفِيكُمْ مِنْ كُلِّ دَاءٍ فِيكُمْ

Bismillah, Bismillah, Bismillah…

(Ey xəstəlikdən əziyyət çəkən qardaş və bacılarımız) Sizə əziyyət verən hər şeydən, hər canlının şərindən Allahın adı ilə sizə dua edirəm. Allahın şəfa verəcəyini ümid edirəm. Allahın adı ilə sizin üçün dua edirəm. Allahın bütün dərdlərə şəfa verəcəyini bilirəm.

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْبَرَصِ وَالْجُنُونِ وَالْجُذَامِ وَمِنْ سَيِّءِ الْأَسْقَامِ بِسْمِ اللَّهِ الْكَبِيرِ، أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ مِنْ شَرِّ كُلِّ عِرْقٍ نَعَّارٍ

وَمِنْ شَرِّ حَرِّ النَّارِ

Allahım vəbadan, hər cür bəladan, bütün narahatlıqlardan, xəstəlik və müsibətin çətinliklərindən xüsusilə hazırda düçar olduğumuz koronavirus bəlasından bizi qoru, bizi bu müsibətdən xilas eylə. Bismillah. Hiss etdiyim və hiss edəcəyim ağrıların, məni narahat edəcək iztirabların şərindən Uca Allahın qüdrət və əzəmətinə sığınıram.

اَللَّهُمَّ يَا قَاضِيَ الْحَاجَاتِ وَيَا دَافِعَ الْبَلِيَّاتِ اِقْضِ حَوَائِجَنَا كُلَّهَا يَا أَرْحَمَ الرَّحِمِينَ

Ey bütün ehtiyac və istəkləri qarşılayan Rəbbimiz! Bizim bütün ehtiyaclarımızı qarşıla. Ey bəlaları uzaqlaşdıran Allahım, ya Ərhəmərrahimin! Başımıza gəlmə ehtimalı olan bütün bəlaları bizdən uzaqlaşdır.

اَللَّهُمَّ أَجْرِنَا وَخَلِّصْنَا وَنَجِّنَا مِنْ الْوَبَاِء وَالْبَلَاءِ وَمِنْ سَيِّءِ الْأَمْرَاضِ وَالْأَسْقَامِ لَا سِيَّمَا فِيرُوسُ كُورُونَا بِسْمِ اللَّهِ

أَعُوذُ بِعِزَّةِ اللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ مِنْ وَجْعِي هَذَا

Allahım vəbadan, hər cür bəladan, bütün narahatlıqlardan, xəstəlik və müsibətin çətinliklərindən xüsusilə hazırda düçar olduğumuz karonavirus bəlasından bizi qoru, bizi bu müsibətdən xilas eylə. Bismillah. Hiss etdiyim və hiss edəcəyim ağrıların, məni narahat edəcək iztirabların şərindən Uca Allahın qüdrət və əzəmətinə sığınıram.

اَللَّهُمَّ رَبَّ النَّاسِ، مُذْهِبَ الْبَاْسِ، اِشْفِ أَنْتَ الشَّافِي لَا شَافِي إِلَّا أَنْتَ شِفَاءً لَا يُغَادِرُ سَقَمًا

Ey bütün insanların Rəbbi! Ey bəla və müsibətləri uzaqlaşdıran Allahım. Bu xəstəliyə də şəfa ver. Şəfa verən yalnız Sənsən. Səndən başqa Şafi yoxdur. Bu xəstəliyə xəstəlikdən heç bir əsər-əlamət qalmayacaq şəkildə şəfa ver.

اَللَّهُمَّ عَافِنِا فِي اَبْدَانِنَا، اَللَّهُمَّ عَافِنَا فِي اَسْمَاعِنَا، اَللَّهُمَ عَافِنَا فيِ اَبْصَارِنَا، اَللَّهُمَّ عَافِنَا فِي كُلِّ أَعْضَائِنَا وَجَوَارِحِنَا وَلَطَائِفِنَا وَحَوَاسِّنَا الظَّاهِرَةِ وَالْبَاطِنَةِ، لَا إلَهَ إِلَّا أَنْتَ

Allahım! Bədənimizə sağlamlıq bəxş eylə! Ey Rəbbim! Qulaqlarıma, gözlərimə sağlamlıq nəsib et. Allahım bütün orqanlarıma, mənəvi qabiliyyətlərimə, maddi-mənəvi bütün duyğularıma səhhət ver. Bütün bunları ancaq Sən edərsən. Səndən başqa ilah yoxdur.

اَللَّهُمَّ يَاحَافِظُ يَاحَفِيظُ احْفَظْنَا وَاحْفَظْ جَمِيعَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْبَشَرِيَةَ مِنِ كُلِ مَا نَعْلَمْ وَمَا لَمْ نَعْلَمْ  وَاحْفَظْ مُوَظَّفِي الشُّرْطَةِ وَالصِّحَّةِ وَجُيُوشَنَا  وَلِمَنْ كَانَ مَسْؤُولًابِهِ

Ey hər şeyin şərindən hifz eyləyən Allahım! Bizləri, bütün mömin bacı və qardaşlarımıızı, ölkəmizi və xalqımızı  bildiyimiz və bilmədiyimiz hər cür təhlükədən qoru! Bütün bəşəriyyəti bu xəstəliklə gələn müsibətdən xilas eylə! Qəhrəman polislərimizi, fədakar tibb işçilərini, cəsur əsgərlərimizi və bu məsələdə məsul olan şəxsləri Sən amanında saxla!

صَلِّ وَسَلِّمْ عَلَى مُحَمَّدٍ وَ عَلَى إِخْوَانِهِ مِنَ النَّبِيِّينَ وَ الْمُرْسَلِينَ وَ عَلَى آلِهِمْ

وَأَصْحَابِهِمْ أَجْمَعِينَ  وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Səlat və salam olsun Həzrət Muhammədə və onun nəbi və mürsəl qardaşlarına və onların al və əshabına.

Vəlhəmdu lilləhi Rabbil-aləmin.

 

Mətnləri buradan yükləyə bilərsiniz:

Koronovirus pandemiyasına qarşı oxuya biləcəyimiz hacət duas (Azərbaycan dilində)

Koronovirus epidemiyasına görə oxuya biləciyimiz hacət duası (Ərəb dilində)