- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Kimlər sədəqə verə bilər?

Müsəlman olan hər kəs sədəqə verə bilər. Sədəqənin verilməsi üçün hər hansı bir şərt yoxdur. Sədəqə Allah riazsını qazanmaq məqsədilə edilən yaxşılıqdır.

Əbu Səid əl-Xudridən nəql edir ki, “Rəsulullah (s.ə.s) Ramazan və Qurban bayramı günlərində Musallaya çıxardı. İlk gördüyü iş namaz qıldırmaq olardı. Namazdan sonra insanlara qarşı dönərək onlara öyüd-nəsihət edər və “Sədəqə verin!” – deyərdi. Ən çox qadınlar sədəqə verərdi.”[1]

Başqa hədisdə isə belə buyrulur: “Ey tacirlər topluluğu! Alış-verişə boş söz və yalan yerə and çox qarışdığı üçün bunu sədəqələrinizlə ört-basdır edin”.[2]

 Bir hədisində isə Rəsulullah (s.ə.s) edilən yaxşılığın ömrü uzatdığını bildirmişdir, “Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzadar.”[3]


[1] Müslüm, Səlatul-İdeyn, 9: Sənani, Sübulus-Salam, II, 68.
[2] Əbu Davud, Büyü, 1
[3] Tirmizi, Qədər, 6; İbn Macə, Müqəddimə, 10; Ə. İbn Hənbəl, II, 316, V, 277, 280.