Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

134. 253 dəfə oxunub 1 şərh yazılıb
Peyğəmbərimizin vəfatından sonra arxada buraxdığı miras

Amr b. Harisin rəvayət etdiyinə görə, Allah Rəsulundan nizə, qılınc, qalxan, dəbilqə kimi silahlar, Düldül adlı minik və sədəqə olaraq hədiyyə etdiyi ərazilər miras qalmışdı. Həzrəti Əbu Hureyrənin rəvayətinə görə, Hz. Fatimə anamız Həzrəti Əbu Bəkrin yanına gələrək “Kimlər sənə varis düşür?” deyə sorușdu. Həzrəti Əbu Bəkir (r.a.) də: “Ailəm və uşaqlarım,” –  deyə cavab […]

2. 399 dəfə oxunub 0 şərh yazılıb
Ailə başçısı olaraq Peyğəmbərimiz

Rəsulullahın ailəsi yer üzündə keçmiş və gələcək ən məsud, ən bəxtiyar və ən bərəkətli ailə idi. Onun evindən hər zaman səadət qoxusu gələrdi. Bəlkə də, bu ailə dünyanın ən yoxsul evlərindən biri idi, bəzən aylarla qazan asılmaz, şorba qaynamazdı. Xanımları isə kiçik bir otaq və ya darısqal bir daxmada yaşayırdı. Bu, bəxtiyar qadınlar Allah Rəsulu […]

5. 547 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.

7. 149 dəfə oxunub 2 şərh yazılıb
Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.

3. 301 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın görüşmə ədəbi

Görüşərkən əlini sıxmaq, əl verib görüşmək, salamlaşma, təbrikləşmə, dost münasibət göstərmə və s. şəkildə qarşılıqlı əl sıxmaq müsafihə adlanır. Bir-biri ilə qarşılaşan möminlərin salamlaşarkən əl verib görüşməsi İslamın ədəblərindən biridir. Buna görə də əllə görüşməyə xüsusi diqqət yetirməli, arada küskünlük olsa belə, uzadılan əli cavabsız qoymamalıyıq.

6. 985 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın evə girmə ədəbi

Gündəlik həyatda diqqət ediləsi davranış qaydalarından biri də evə girərkən qapını döymək və icazə almaqdır. Evlərə, rəsmi idarə və müəssisələrə girmək istəyəndə icazə almaq lazımdır. İstər öz evimizə, istərsə də başqalarına aid mülklərə girərkən mütləq icazə alınmalı, icazə veriləndən sonra içəri girilməlidir. Bu mövzuda da ən gözəl örnək Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) həyatıdır.

2. 674 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın həyatında hədiyyələşmə

Hədiyyələşmə adəti bəşər tarixinin bütün dövrlərində olmuşdur. Zəngin, kasıb, böyük, kiçik − hər kəsin hədiyyə almaqdan və verməkdən xoşu gəlir. Hədiyyələşməyin ən gözəl örnəklərini Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həyatında görürük. Buna görə də hər bir mömin ailə üzvlərinə, yaxın qonşu və qohumlarına, səmimi dostlarına, münasibət qurmaq istədiyi adamlara, bir şey istəyənlərə hədiyyə verməli, verilən hədiyyələri də qəbul etməlidir.

6. 177 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın dəvət ədəbi

Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (s.ə.s) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin”

3. 940 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ağlamaq

Ağlamaq – acı, kədər, peşmançılıq və bəzən də sevincdən göz yaşı tökmək, üzülmək, iztirab çəkmək, kədərlənmək mənalarını verir. Ağlamağın səbəbləri – Allah qorxusu, sevgisi, qiyamət, hesab və Cəhənnəm əndişəsi, Cənnət nemətləri yaxud da dünya işləri ilə bağlı sevinc və kədər hisləri. Dinimizdə həddən artıq gülmək xoş qarşılanmamış, əksinə günah əndişəsi ilə ağalamaq tövsiyə olunmuşdur.

12. 842 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın (s.ə.s) yatış və uzanma tərzi

Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.

13. 655 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) həyatında gülüşün yeri

Gülmək “xoş və qəribə hadisə və hallara hissi münasibəti əksər vaxtlarda səsli şəkildə bildirmək, sevinc və ya heyrəti biruzə vermək, səssizcə gülümsəmək, təbəssüm etmək” mənalarına gəlir. Gülməyin üç növü var: təbəssüm, gülmək və qəhqəhə çəkmək. Təbəssüm – üz cizgilərinin sevinc hissi ilə geriyə doğru xəfifcə çəkilməsi və dişlərin görünməsi ilə müşayiət olunan gülümsəməkdir.

7. 743 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın su içmə ədəbi

İçməzdən əvvəl “bismillah” demək, Sağ əllə içmək, İçəcəkləri üfürməmək, Üç qurtuma və aramla içmək, Ağzı sınıq qab və tuluqlardan su içməmək, Ayaq üstə su içməmək, Allah Rəsulu hansı hallarda ayaq üstə su içmişdir? Bu və bənzəri mövzular…

13. 931 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) oturuş şəkilləri

Allah Rəsulu (s.ə.s) hər məsələdə olduğu kimi, oturuş məsələsində də müsəlmanların həyatına bir sıra prinsiplər gətirmiş, müəyyən qaydalar qoymuşdur. Bunlar hər bir insana aid olan ədəb-əxlaq qaydalarıdır. Dinimizin bəsit görünən bu cür məsələlərdə də müəyyən qaydalar ehtiva etməsi onun mükəmməlliyini göstərir.

7. 585 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın (s.ə.s) geyimi tərzi və tövsiyələri

Bəşər övladının yemək-içməkdən sonra ən ümdə ehtiyaclarından biri də geyim-kecim və insanlar arasında gözəl görkəmdə görünməkdir. Allah Rəsulu (s.ə.s) səhabələrin geyimi ilə maraqlanır, paltarlarının növünə, rənginə, uzun və ya qısalığına diqqət yetirir, tövsiyələr verirdi. Peyğəmbərimizin (s.ə.s) geyim tərzinə və tövsiyələrinə nəzər yetirək.

49. 749 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Rəsulullahın (s.ə.s) övlad və nəvələrinə şəfqəti

Allah Rəsuluna on il fasiləsiz olaraq xidmətini sədaqətlə icra edən Ənəs ibn Malik deyir: “Ailə üzvlərinə qarşı Həzrət Muhəmməddən (s.ə.s.) daha şəfqətli insan görməmişəm”.[1] Bəli, şəfqət və səmimiyyətdə Onun kimi ikinci bir ailə başçısı və ata göstərmək mümkün deyil. Bu etiraf təkcə bizim dilimizdən çıxsaydı, bəlkə də, o qədər əhəmiyyətli olmazdı. Ancaq  qarışqanı belə incitməyən, […]

2. 797 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın və səhabələrin infaq sevgisi

Bizə bu pullar gəldi, amma hələ Allah yolunda verməmişik”

2. 500 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin hədiyyələşməsi

Peyğəmbərimiz hədiyyələșməyə də böyük əhəmiyyət vermișdir.

2. 164 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın insanlarla münasibəti

İnsanlığa ən gözəl nümunə olan Peyğəmbərimiz hər sahədə olduğu kimi, ictimai həyatda insanlararası münasibətlərdə də “Üsveyi-hasənə” (ən gözəl örnək) idi.

2. 373 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Xəstə və müsibətə düçar olanları ziyarət etməsi

Peyğəmbərimizin insanlarla münasibətlərdə ziyarətlərə verdiyi əhəmiyyəti də qeyd etmək yerinə düșər.

1. 775 dəfə oxunub 0 şərh yazılıb