Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyirlir. Dəstəmaz kəlməsi fars dilində “dəst” əl və namaz kəlmələrindən meydana gələn, dilimizdə leksik dəyişikliyə məruz qalan mürəkkəb sözdür. Dəstəmaza bədəni kirlərdən təmizlədiyinə görə ərəb dilində “vüdu” deyilmişdir.
İstinca lüğətdə, “natəmiz şeylərdən təmizlənməyi istəmək” deməkdir. Dini terminologiyada isə, böyük və kiçik ayaqyolu ehtiyacını gördükdən, həmçinin qan, məni çıxandan sonra övrət yerlərini təmizləmək mənasına gəlir. Buna dilimizdə, təharətlənmək deyilir. Bu təmizlik müəkkəd sünnədir.
Qanama, sidik axması, qusma, həddindən artıq ishal, tez-tez yelin çıxması, kimi dəstəmazı pozan hallara “üzr (mazərət)”, belə olan şəxslərə də “üzrlü (mazur-mazurə)” deyilir. İslam dini ibadətlər üçün müəyyən vaxtlar qoymuşdur. Hər birinin öz vaxtında yerinə yetirilməsi həm bir vəzifə, həm də bir haqdır. İslam dini, insana gücünün üstündə bir yük yükləməz.
Dəri və buna bənzər şeylərdən düzəldilən, topuqları və daha çox yeri örtən ayaq geyiminə “məst” deyilir. Məstlərin üzərinə məsh etmək ayaqların barmaq ucundan başlayaraq ən azı ayaq pəncəsindən üç barmaq yuxarıya qədər islaq əli bir dəfə sürtməkdir.
Qüsl dəstəmazı alarkən insanın bir yerinin qanaması və ya ümumi olaraq namaz dəstəmazını pozan halların zühur etməsi vəziyyətində bu, qüslə hər hansı bir maneə törətmir. Ancaq belə bir qüsllə ayrıca dəstəmaz almadan ibadət
Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.
Dəstəmaz necə alınır? Əllər (barmaq araları ovuşdurulmaqla) biləklərə qədər yuyulur. Sağ əllə ağıza üç dəfə su alınır. Hər dəfə ağız yaxalanır. Buruna sağ əllə üç dəfə su alınır. Hər dəfə su astaca buruna çəkilir. Sol əllə isə burun təmizlənir.
Yetkin bir qadından üç növ qan gələ bilər. Birincisi, müəyyən yaş arasında və müəyyən vaxtlarda gələn heyz qanıdır. İkincisi, doğumdan sonra müəyyən müddət gələn nifas qanıdır. Üçüncüsü də bu ikisi xaric və ümumiyyətlə, bir xəstəlikdən qaynaqlanan istihazə (üzr) qanıdır. Heyz Yetkinlik çağına girmiş sağlam qadının bətnindən müəyyən vaxt aralığında axan qana heyz deyilir. Qadınlarda […]
Qüsl bədənin müvazinətini bərpa edir. Qan dövranını tənzimləyir. İnsanı ibadətə hazırlayır. Qüslun bu kimi bir çox faydaları vardır. Qüslun insan sağlamlığına bir çox faydalarının olduğu elm adamları tərəfindən sübut olunmuşdur. Qüsl almaqla, cünubluq, heyz və nifasın insan bədənində meydana gətirdiyi maddi kirlər təmizlənir. Həmçinin qüsl alanda cünubdan dolayı bədəndə meydana gələn yorğunluq və zəiflik azalır.
Qurani-Kərimin bir çox ayəsində Allah Rəsulunun hədislərində və örnək həyatında təmizliyin əhəmiyyəti və lüzumu üstündə təkidlə dayanılmışdır. Ümumi mənada təmizlik və ibadət məqsədli təmizliklə əlaqədar bəzi qanun və ölçülər gətirilmiş və təmizlik bəzi ibadətlər üçün ön şərt sayılmışdır. Dinin mahiyyəti mənəvi çirklərdən təmizlənmə, Allahı tanıma Ona itaət və ibadət etməklə yanaşı ruhun yüksəlməsi və insanın […]
Namaz qılmaq üçün muəyyən şərtlər yerinə yetirilməlidir. Bunların bəzisi namazdan əvvəl icra olunmalıdır. Bunlara namazın xarici şərtləri deyilir. Namaz altı xarici şərti var. 1. Hədəsdən təharət. .
Fərz namazlar ayni fərz (fərz-i ayn) və kifai fərz (fərz-i kifayə) olmaq üzrə ikiyə ayrılır. Fərz-i ayn olan namazlar yetkinlik yaşındakı hər müsəlmana fərzdir, yəni hər bir müsəlman bu ibadəti yerinə yetirməlidir. Fərz-i ayn olan namazlar gündəlik beş vaxt namaz və hər həftə cümə günləri qılınan Cümə namazından ibarətdir. Gündəlik fərz namazlar: sübh namazı 2 […]
Səhər (Sübh) namazı. İkinci fəcrin (fəcr – gunəş çıxmazdan qabaq göydə görunən qırmızılıq, dan yerinin sökulməsi) doğmasından gunəşin çıxmasına qədər olan muddət səhər namazının vaxtıdır. İkinci fəcr sabaha doğru şərq ufuqlərindən yayılan aydınlıqdır. Bu aydınlıqla səhər vaxtı
1. İftitah təkbiri. Namaza başlayarkən təkbir gətirmək, yəni “Allahu Əkbər” demək. 2. Qiyam Hər rukətdə təyin olunmuş minimum miqdarda “Quran” oxunacaq muddətdə ayaq ustə durmaq. 3. Qiraət “Quran oxumaq” deməkdir. Namazda “Quran”ı qiyam halında,
Namazlar farz,vacib və nafilə olumaq üzərə üç ayrı qruba ayrılır. Vacib namazlar vacib olması qulun felinə bağlı olmayan vacib (li-aynihi vacib) və vacib olması qulun felinə bağlı olan vacib (li-gayrihi vacib) olmaq üzrə iki cürdür. İşa namazından sonra qılınan üç rükətlik
Namazın on iki fərzi vardır. Namazın fərzlərı namazın xaricindəki fərzlər və namazın daxilindəki fərzlərdən ibarətdir. Namazın xaricindəki fərzlər namazdan əvvəl və namaza hazırlıq mahiyyətində olduğu üçün “namazın şərtləri” adlandırılır. Namazın daxilindəki fərzlər isə namazın varlığı ilə bağlı olduğu üçün,
İslam ibadət sisteminin əsas məqsədlərindən biri də insanlar arasındakı fərqli qruplaşmaları və cəmiyyətin müxtəlif təbəqələri arasındakı fərqi ortadan qaldıraraq bərabər hüquqlu sosial bir model təşkil etməkdir. Kasıb və varlı, ağa və qul, alim və cahil
Hər gün beş dəfə minarələrdən yüksələn azan “eşitdirmək, bildirmək” deməkdir. Azan fərz namazları üçün müəyyən vaxtlarda oxunan “xüsusi sözlər məcmusu” dur. Azan vasitəsilə xalqa həm namaz vaxtının girməsi və camaatla namaz qılınacağı xatırladılır, həm də Allahın böyüklüyü, Peyğəmbərimizin (s.ə.s.) Allahın elçisi və namazın qurtuluş qapısı olmağı elan edilir.
…İbadətin şəri (dini, şəriət) mənası “xalis bir niyyətlə, savab qazanmaq niyyəti ilə, Allaha yaxın olmağı düşünərək edilən ibadət”dir. “İbadət” deyəndə həm itaət, həm də qürbət, yəni Allaha yaxınlaşma mənaları da nəzərdə tutulur. İbadət – düşüncələri Allaha doğru çevirmək üçündür
Dini mükələfiyət nə deməkdir ? İslam dini ağıllı və yetkinlik yaşına çatmış müsəlman kişi və qadınlara Allahın əmrlərini yerinə yetirməyi, qadağalarından çəkinməyi əmr edir. Bu əmr və qadağalara “təklif ”, əmr və qadağalara riayət edən müsəlmanlara da “mükəlləf ” deyilir. Mükəlləf olanların yerinə yetirməli olduğu əməllərə isə