19. 304 dəfə oxunub ,   5 şərh   Çap et

Ailə qurmaq, tale yollarını birləşdirmək insan həyatında əsas qovşaq nöqtələrindən biridir. Düzgün seçim etmək yolumuzu asanlaşdırdığı kimi, evlənirkən də düzgün seçim edə bilmək ömür boyu səadətin, xöşbəxtliyin qızıl açarıdır. Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmadığı bilmək hər kəs üçün önəmlidir.  Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) evlənmək istəyən şəxsə belə tövsiyə edərdi: Evlənmək istədikdə gözəl bir şəkildə dəstəmaz al, iki rükət namaz qıl və belə dua et.[1]

    (adı deyilir)  اَللَّهُمَّ إِنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ وَتَعْلَمُ وَلَا أَعْلَمُ وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ، فَإِنْ رَأَيْتَ أَنَّ فُلَانَةَ

 خَيْرٌ لِي فِي دِينِي وَدُنْيَايَ واٰخِرَتِي فَاقْدُرْهَا لِي وَإِنْ كَانَ غَيْرُهَا خَيْراً لِي مِنْهَا فِي دِينِي وَدُنْيَايَ وَاٰخِرَتِي فَاقْدُرْهَا لِي

Oxunuşu: “Allahummə innəkə təqdiru va lə əqdiru va nələmu va lə əlamu va əntə alləmul ğuyub. Fəin raəytə ənnə fələnətə/filanun (adı deyilir) xayru li fi dini va dünyə va əxirati fəqdurhə li vain ğayruhə xayran li minhə fi dini va dünyə va əxirati fəqdurhə li”

Mənası: “Allahım, şübhəsiz ki, hər şeyi sən təqdir edirsən, mən edə bilmərəm. Hər şeyi Sən bilirsən, mən bilmərəm. Qeybi haqqı ilə bilən ancaq Sənsən. Əgər Sənin elmində (filan xanım adı deyilir) ……. mənim dinim, dünyam və axirətim üçün xeyirlidirsə onu mənə nəsib eylə. Yox, əgər başqası dinim, dünyam və axirətim üçün bundan daha xeyirlidirsə o zaman onu mənə nəsib et, qarşıma çıxar.”

_______________________________________________________________________________

[1] Əl-Hakim, əl-Müstədrək, Nikah




Bənzər məqalələr

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.

Necə dua edək ki, Allah qəbul etsin?

Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mə­nə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.


5 şərh yazılıb
  1. oxuyucu , 01/08/2015 tarixində, saat 18:08

    Bes qadinlar ede bilmezmi? Çünki istixare namazina benzedi biraz.

  2. Aysel , 27/12/2015 tarixində, saat 10:12

    Qadinlar oxuya bilermi bu duani?

    • meneviyyat.az , 28/12/2015 tarixində, saat 07:12

      Bəli oxuya bilər.

  3. Aysel , 23/01/2016 tarixində, saat 14:01

    Cox sagolun.Allah razi olsun.

  4. Ibrahim , 28/10/2017 tarixində, saat 12:10

    Salam aleykum cox sagolun allah razi olsun

Şərh yaz