Mənəviyyata Açılan Pəncərə

İstixarə və istişarə

وَشَاوِرْهُمْ فِي الْأَمْرِ

..və işdə onlarla məsləhətləş”. {“Ali İmran” surəsi, 3/159}

وَأَمْرُهُمْ شُورٰى بَيْنَهُمْ

Onlar işlərini məsləhət-məşvərətlə görürlər”. {“Şura” surəsi, 42/38}

 عَنْ جَابِرٍ  قَالَ: كَانَ رَسُولُ اللّٰهِ  يُعَلِّمُنَا الْاِسْتِخَارَةَ فِي الْأُمُورِ كُلِّهَا كَالسُّورَةِ مِنَ الْقُرْآنِ، يَقُولُ إِذَا هَمَّ أَحَدُكُمْ بِالْأَمْرِ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَر۪يضَةِ ثُمَّ لْيَقُلْ: اَللّٰهُمَّ إِنّ۪ي أَسْتَخ۪يرُكَ بِعِلْمِكَ وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظ۪يمِ، فَإِنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ، وَتَعْلَمُ وَلَا أَعْلَمُ، وَأَنْتَ عَلَّامُ الْغُيُوبِ. اَللّٰهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هٰذَا الْأَمْرَ خَيْرٌ ل۪ي ف۪ي د۪ين۪ي وَمَعَاش۪ي وَعَاقِبَةِ أَوْ عَاجِلِ أَمْر۪ي وَآجِلِهِ فَاقْدُرْهُ ل۪ي وَيَسِّرْهُ ل۪ي ثُمَّ بَارِكْ ليِ فِيهِ، وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هٰذَا الْأَمْرَ شَرٌّ ل۪ي ف۪ي د۪ين۪ي وَمَعَاش۪ي وَعَاقِبَةِ أَوْ عَاجِلِ أَمْر۪ي وَآجِلِهِ، فَاصْرِفْهُ عَنّ۪ي وَاصْرِفْن۪ي عَنْهُ، وَاقْدُرْ لِيَ الْخَيْرَ حَيْثُ كَانَ، ثُمَّ رَضِّن۪ي بِهِ» قَالَ: وَيُسَمّ۪ي حَاجَتَهُ.

Hz. Cabir (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) bizə bütün işlərdə istixarə etməyi bir Quran surəsi kimi öyrədərdi: “Kim bir iş görmək qərarına gəlsə, fərz namazlarından ayrı iki rükət namaz qılsın, sonra da bu duanı etsin: “Allahım, Sənin elminə müraciət edir və Sənin qüdrətindən kömək diləyirəm. İstədiyimi də Sənin o böyük fəzlindən istəyirəm. Sənin hər şeyə gücün çatar, mənim isə heç nəyə qüvvəm yetməz. Sən hər şeyi bilirsən, mən isə heç nə bilmirəm. Sən qeybləri (bütün gizli işləri bilənsən). Allahım! Əgər bu iş mənim dünya və axirətim üçün başlanğıc və nəticə etibarilə xeyirlidirsə və Sən bunu belə bilirsənsə, o işi mənim üçün təqdir buyur, asanlaşdır və sonra da onu bərəkətli et. Yox, əgər bu işin mənim dinim, dünyam  və axirətim üçün əvvəlində və ya sonunda xeyirsiz olduğunu bilirsənsə (şübhəsiz ki, bilirsən) onu məndən, məni də ondan uzaq elə. Haqqımda nə xeyirlidirsə, mənə onu təqdir et (qədərimə yaz). Sonra da təqdirinlə məni sevindir”. Və duanın sonunda ehtiyacını ərz etsin”. [Buxari, Dəavat 48, Tövhid 10]

Exit mobile version