- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İşləyən qadının zəkatı

Sual:İşləyən qadın öz qazancından zəkat verməlidirmi?

Əmək fəaliyyəti ilə məşğul olan bir qadının nisab miqdarına çatan özünə məxsus bir malı varsa və bunun üstündən bir il də keçibsə, qırxda birinin zəkatını verməlidir.

Ancaq ailədə əsas olan müştərək hərəkət etməkdir. Qadın işləyib qazanırsa, burada dinə ən uyğun olan davranış qadının öz qazancını əri ilə bölüşməsi və məsləhətlə xərcləməsidir. Bu, ailənin xoşbəxtliyi və daimiliyi üçün mühüm əhəmiyyət kəsb edir.