Mənəviyyata Açılan Pəncərə

İsar ruhu

İsar ruhu (Başqalarını özünə tərcih etmək)

وَيُؤْثِرُونَ عَلٰى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ

..özləri ehtiyac içində olsalar belə, (din) qardaşlarına özlərindən üstün tutarlar. {“Həşr” su­rəsi, 59/9}

وَيُطْعِمُونَ الطَّعَامَ عَلٰى حُبِّهِ مِسْك۪ينًا وَيَت۪يمًا وَأَس۪يرًا

Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. {“İnsan” surəsi, 76/8}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ  فَقَالَ: إِنّ۪ي مَجْهُودٌ، فَأَرْسَلَ إِلٰى بَعْضِ نِسَائِهِ فَقَالَتْ: وَالَّذ۪ي بَعَثَكَ بِالْحَقِّ مَا عِنْد۪ي إِلَّا مَاءٌ، ثُمَّ أَرْسَلَ إِلٰى أُخْرٰى، فَقَالَتْ مِثْلَ ذٰلِكَ حَتّٰى قُلْنَ كُلُّهُنَّ مِثْلَ ذٰلِكَ: لَا وَالَّذ۪ي بَعَثَكَ بِالْحَقِّ مَا عِنْد۪ي إِلَّا مَاءٌ. فَقَالَ النَّبِيُّ: «مَنْ يُض۪يفُ هٰذَا اللَّيْلَةَ؟» فَقَالَ رَجُلٌ مِنَ الْأَنْصَارِ: أَنَا يَا رَسُولَ اللّٰهِ، فَانْطَلَقَ بِهِ إِلٰى رَحْلِهِ فَقَالَ لِامْرَأَتِهِ: أَكْرِم۪ي ضَيْفَ رَسُولِ اللّٰهِ. وَف۪ي رِوَايَةٍ قَالَ لِامْرَأَتِهِ: هَلْ عِنْدَكِ شَيْءٌ؟ فَقَالَتْ: لَا إِلَّا قُوتَ صِبْيَانِي، قَالَ: فَعَلِّلِيهِمْ بِشَيْءٍ وَإِذَا أَرَادُوا الْعَشَاءَ فَنَوِّمِيهِمْ وَإِذَا دَخَلَ ضَيْفُنَا فَأَطْفِئِي السِّرَاجَ وَأَرِيهِ أَنَّا نَأْكُلُ فَقَعَدُوا وَأَكَلَ الضَّيْفُ وَبَاتَا طَاوِيَيْنِ فَلَمَّا أَصْبَحَ، غَدَا عَلَى النَّبِيِّ: فَقَالَ: «لَقَدْ عَجِبَ اللّٰهُ مِنْ صَن۪يعِكُمَا بِضَيْفِكُمَا اللَّيْلَةَ»

Əbu Hureyrə (r.a.) nəql edir:

“Bir nəfər Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gəlib: “Mən ac­lıq içində və çətin vəziyyətdəyəm!” –dedi. Allah Rəsulu (s.ə.s.) xa­nımlarının birinə xəbər göndərib yeməyə bir şey istədi. Anamız: “Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, evdə sudan başqa verməyə heç nə yoxdur!” –dedi. Sonra digər xanımından yeməyə bir şey istədi. O da eyni cavabı verdi. Ta ki bütün xanımları: “Səni haqq peyğəmbər göndərən Allah and olsun ki, evdə sudan başqa heç nə yoxdur!”– deyə cavab verəndə Peyğəmbərimiz (s.ə.s.) üzünü əshabına tutub: “Kim bu qardaşımızı bu gecə qonaq etmək istəyir?”– deyə soruşdu. Bir  ənsar: “Mən, ya Rəsulallah!” – deyib onu evinə qonaq apardı. Evə çatanda zövcəsinə Allah Rəsulunun (s.ə.s.) qonağına yaxşı baxmağı tapşırdı. (Digər rəvayətdə isə) evdə yeməyə bir şey olub-olmadığını soruşdu. Xanımı da: “Xeyr, sadəcə uşaqlara çatacaq qədər bir şey var!”– deyə cavab verdi. Bundan sonra ev yiyəsi ənsar: “Onda birtəhər uşaqların başını qat. Süfrəyə gəlmək istəsələr, yatırt. Qonaq içəri girəndə şamı söndür. Özümüzü elə göstərərik ki, guya biz də yeyirik,” – dedi. Qonaq evə girəndən sonra süfrədə oturdular. Qonaq qarnını doyurdu, ev sahibləri isə ac yatdılar. Sabah erkən həmin səhabə Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gələndə Rəsulullahın təqdiri ilə qarşılaşdı: “Doğrusu, Allah-Təala axşam zövcənlə birlikdə qonağa etdiyiniz (fədakarlıq və) ikramdan razı oldu”. [Buxari, Mənaqibul-Ənsar 10, Təfsiru-sure 59/6; Müslim, Əşribə 172]

  عَنْ جَابِرٍ  عَنْ النَّبِيِّ  قَالَ: «طَعَامُ الْوَاحِدِ يَكْفِي الْإِثْنَيْنِ وَطَعَامُ الْإِثْنَيْنِ يَكْفِي الْأَرْبَعَةَ وَطَعَامُ الْأَرْبَعَةِ يَكْفِي الثَّمَانِيَةَ»

Cabir ibn Abdullahın (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) buyurmuşdur:

”Bir adamın yeyəcəyi iki adama, iki adamın yeyəcəyi dörd ada­­­ma, dörd adamın yeyəcəyi isə səkkiz adama kifayət edər”. [Müs­lim, Əşribə 179]

 عَنْ سَهْلِ بْنِ سَعْدٍ  أَنَّ امْرَأَةً جَاءَتْ إِلٰى رَسُولِ اللّٰهِ  بِبُرْدَةٍ مَنْسُوجَةٍ فَقَالَتْ: نَسَجْتُهَا بِيَدَيَّ لِأَكْسُوَكَهَا فَأَخَذَهَا النَّبِيُّ  مُحْتَاجًا إِلَيْهَا فَخَرَجَ إِلَيْنَا وَإِنَّهَا إِزَارُهُ فَقَالَ فُلَانٌ: اُكْسُنِيهَا مَا أَحْسَنَهَا فَقَالَ: «نَعَمْ» فَجَلَسَ النَّبِيُّ  فِي الْمَجْلِسِ، ثُمَّ رَجَعَ فَطَوَاهَا ثُمَّ أَرسَلَ بِهَا إِلَيْهِ: فَقَالَ لَهُ القَوْمُ: مَا أَحْسَنْتَ، لَبِسَهَا النَّبِيُّ  مُحْتَاجًا إِلَيْهَا، ثُمَّ سَأَلْتَهُ وَعَلِمْتَ أَنَّهُ لَا يَرُدُّ سَائِلًا فَقَالَ: إِنّ۪ي وَاللّٰهِ مَا سَأَلْتُهُ لِأَلْبَسَهَا، إِنَّمَا سَأَلْتُهُ لِتَكُونَ كَفَنِي. قَالَ سَهْلٌ: فَكَانَتْ كَفَنَهُ.

Səhl ibn Sad (r.a.) nəql edir:

“Bir qadın Rəsulullaha (s.ə.s.) bir dəst üst paltarı hədiyyə edib: “Bunu sizin üçün öz əllərimlə toxudum!” – dedi. Belə bir paltara ehtiyacı olan Peyğəmbərimiz (s.ə.s.) onu qəbul etdi və vücuduna izar (fitə) şəklində sarıyıb bizim yanımıza çıxdı. Bu vaxt filankəs Rəsulullaha: “Nə qədər də yaraşıqlıdır. Onu mənə verərsən?” – dedi. Təşəhhüddən (şəhadət kəlməsindən) başqa heç vaxt “Xeyr!” deməyən Allah Rəsulu burada da: “Olar “ – buyurdu. Bizimlə bir az oturandan sonra evə getdi və həmin libası qatlayıb istəyən adama göndərdi. Məclisdə olanlar həmin şəxsə dedilər: “Yaxşı iş görmədin. Peyğəmbərimizin həmin paltara ehtiyacı vardı, amma sən durub onu istədin. Həm də bilirsən ki, o, heç kəsi boş qaytarmaz”. Bu etiraz və tənbehlərə cavabı belə oldu: “Vallah, mən o paltarı geyinmək üçün istəmədim. Onu (sırf Allah Rəsulunun bədəninə toxunduğu üçün həyatda əmanət, qəbirdə vəsiyyət olaraq) özümə kəfən eləmək üçün istəmişəm”.

Hədisi rəvayət edən səhabə Səhl ibn Sad deyir: “Elə o paltar da həmin adamın kəfəni oldu”. [Buxari, Cənaiz 28, Libas 18, Ədəb 39]

Exit mobile version