6. 114 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanın sonsuzluq arzusu, əbədi yaşamaq istəyi axirətin varlığını isbat edən güclü bir psixoloji dəlildir. İnsan ruhunun əbədi bir həyatı arzu etməsi və ona can atması belə bir həyatın mövcud olmasına böyük dəlildir. Bu psixoloji arzu aqibətin axirət həqiqəti ilə əlaqəsini qüvvətləndirir. Bəşər tarixi bu fitri duyğunun təzahürlərini göstərən nümunələrlə doludur.

Əslində, insanın ölümü ilk baxışda “yox olub getmək” kimi görərək ondan hürkməsi belə əbədiyyətə arzusundan irəli gəlir. Fitrətdən yüksələn bu səs insanın əbədi yaşamaq üçün yaradıldığını göstərir. İnsan “yoxluğu” qəbul etməyən fitri duyğusu ilə gəldi-gedər və fani bir həyat üçün deyil, əbədi və sonsuz bir həyat üçün yaradıldığını hiss edir. Bu hiss və şüur da fani həyatdan sonra əbədi bir həyatın var olduğuna aşkar dəlildir.

Hətta ən pis surətdə var olmaq belə yoxluqdan daha yaxşıdır. Filosof Migel de Unamuno insanların yoxluğun kor bəxtindən qurtulub varlığını davam etdirmək uğrunda hər cür əziyyətlərə dözməyə hazır olduğunu bu sözləri ilə dilə gətirir: “Yox olmaqdansa, Cəhənnəmdə əbədi yanmağa razıyam. Çünki heç bir şey mənə yoxluq qədər qorxunc gəlmir”[1].

Başqa bir aləmdə də olsa, əbədi yaşamaq arzusu insanın ruhuna xas güclü bir hisdir və bu duyğunu kiçik görmək olmaz. Şübhəsiz ki, ruhumuzun dərinliklərindən baş qaldıran bu əbədilik hissi bəşəriyyətin varlığında mövcud olan əsl və fitri bir duyğunun əks-sədasıdır.

Xülasə, insanın maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani dünya onun əbədi yaşamaq arzusunu heç vaxt gerçəkləşdirə bilməz. Demək, insan əbədilik arzusuna bu dünyada deyil, başqa bir aləmdə çatacaqdır.


[1] Migel de Unamuno, “Yaşamın tragik duygusu”, s. 20.



Açar sözləri

axirət əbədiyyət insan

Bənzər məqalələr

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?


Şərh yaz