Mənəviyyata Açılan Pəncərə

İnsan bir yolçudur

Abdullah ibn Ömərdən rəvayət edir:

كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ وَعُدَّ نَفْسَكَ فِي أَهْلِ الْقُبُورِ

“Dünyada bir qərib kimi yaşa və ya bir yolçu kimi ol. Özünü (ölmədən əvvəl) qəbir əhlindən say!”[1]

Peyğəmbərimiz (s.a.s.) üç cümlədən ibarət olan hədisi ilə zühd və təqva, dünya və axirət müvazinətini qoruyub saxlama məsələlərini ən yığcam, ən mənalı şəkildə ifadə etmişdir.

İnsan, onsuz da, dünyada qəribdir. Mövlananın ifadəsi ilə: “İnsan qamışdan qoparılmış bir ney kimidir. Özündən, kökündən uzaqlaşdığı üçün həmişə inləyir. Onun iniltisi bir ömür boyu davam edir”.

İnsan bir yolçudur. Ruhlar aləmindən başlayan səfəri ana bətninə, dünyaya, uşaqlıq dövrünə, gənclik çağına, yaşlılıq mövsümünə, qəbir və oradan da cənnət və ya cəhənnəmə qədər davam edir. Amma görəsən, insan nə dərəcədə bu səfərinin fərqindədir, şüurundadır? Əgər o, daim özünü bir yolçu kimi görsə, bilsə, gedişini çətinləşdirməkdən başqa bir işə “yaramayan” dünyanın zahiri  gözəlliklərinə ilişib büdrəmədən yoluna davam edəcəkdir.

İnsan özünü qəbir əhlindən saymayınca, yəni sələflərin “ölmədən əvvəl ölün”[2] düsturunu əməllərində yaşamayınca şeytanın hiylə və tələlərindən tamamilə qorunması, xilas olması mümkün deyildir. Bəli, insan nəfsani, cismani hiss və həvəslərini öldürməlidir ki, vicdanı və ruhu dirilə bilsin. Hər şeyi maddiyyatda, cismanilikdə görənlər nəfsin, cismin əsarətində əzilən zavallılar deyilmidir?

 


[1]     Tirmizi, “Zühd” 25. (Hədisin bir qismi Buxaridə də (“Riqaq” 3) keçir)

[2]     Acluni, “Kəşfül-xafa”, 2/291

 

Exit mobile version