- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

İki gün arxa-arxaya iftar etmədən oruc tutmaq

İftarsız oruc tutmaq qadağan edilmişdir

 عَنِ ابْنِ عُمَرَ   قَالَ: نَهٰى رَسُولُ اللّٰهِ  عَنِ الْوِصَالِ، قَالُوا إِنَّكَ تُوَاصِلُ؟ قَالَ: «إِنّ۪ي لَسْتُ مِثْلَكُمْ إِنِّي أُطْعَمُ وَأُسْقٰى»

İbn Ömər (r.anhumə) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) səhabələrə savmi-visalı (bir günün orucunu iftar etmədən ertəsi günün orucuna qataraq orucu davam etdirməyi) qadağan eləmişdi. Onlar: “Ya Rəsulallah! Sən bizə qadağan edirsən, amma özün tutursan!” – deyəndə buyurdu: “Mən sizin kimi deyiləm, mən yedizdirilib içizdirilirəm (yəni sizin mənim kimi qulluq etməyə gücünüz çatmaz)”. [Buxari, Savm 48; Müslim, Siyam 56]