Mənəviyyata Açılan Pəncərə

İdğami-bilə qünnə

Qünnəsiz idğam deməkdir. Tənvin və ya sakin “nun” hərfindən sonra ل  –  ر  hərflərindən biri gələrsə idğami-bilə qünnə olur. Yəni tənvin ya da sakin “nundan” sonra bu hərflər gələrsə, tənvin və sakin “nun”  hərflərə qatılır və bu hərflərin içində itir. Dolayısıyla da bu hərflər (  ل ر ) şəddəli olaraq oxunurlar. Məsələn: هُدىً لِلْمُتَّقِينَ    –  غَفُورٌ رَحِيمٌ  –    مِنْ رَبِّهِمْ     –    مِنْ لَدُنْكَ

İdğami- bilə qünnə ilə səktə üst-üstə düşərsə (eyni yerdə olarsa) səktə oxunur. İdğami-bilə qünnə tərk edilir. Misal:    وَقِيلَ مَنْ سكته راَقٍ

Tənvin və sakin “nunun” bu hərflərə idğam olunmasının səbəbi, bir-birlərinə olan məxrəclərinin eyni olmasıdır. Bütün qiraət alimləri idğami-bilə qünnəni tətbiq etmişdirlər. İmam Asimin Həfs rəvayətinə görə bu, qünnəsiz idğam olaraq oxunduğu üçün biz də bunu belə oxumalıyıq.

Sənan Quliyev & Laçın Quliyev

Exit mobile version