Mənəviyyata Açılan Pəncərə

Hz. Asiyənin duası

Hz. Nuhun və Hz. Lutun zövcələri peyğəmbər zövcəsi olsalar da, iman gətirməmişdilər. Hz. Asiyə isə Fironun zövcəsi olmasına baxmayaraq, ərinə boyun əyməmiş, Hz. Musaya iman gətirmişdir. Bundan xəbər tutan Firon isə Hz. Asiyənin əl­ və ayaqlarını bağlamış ona qızmar günəşin altında işgəncə ver­mişdi. Hz. Asiyə isə imanından dönmədən səbirlə dözmüş və belə dua etmişdi:

  رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ

 وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ

 “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!”  (“Təhrim” surəsi, 66/11).

Exit mobile version