- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Hilalı görəndə oxunan dua

 

 عَنْ طَلْحَةَ بْنِ عُبَيْدِ اللّٰهِ  أَنَّ النَّبِيَّ  كانَ إِذَا رَأٰى الْهِلَالَ قَالَ: «اَللّٰهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ والْإ۪يمَانِ وَالسَّلَامَةِ وَالْإِسْلَامِ، رَبّ۪ي وَرَبُّكَ اللّٰهُ، هِلَالُ رُشْدٍ وَخَيْرٍ».

Talha ibn Ubeydullah (r.a.) belə rəvayət etmişdir:

“Peyğəmbərimiz (s.ə.s.) hilalı görəndə bu duanı oxuyardı: “Allahım! Bu hilalı bizə əmin-amanlıq, iman, salamatlıq və İslam hilalı elə. (Ey hilal) Mənim Rəbbim də, sənin Rəbbin də Allahdır (İkimiz də Allahın məxluqu və quluyuq). (Səni həcc və oruc kimi ibadətlərin vaxtının müəyyənləşməsində) istiqamət verən, əmin-amanlıq və xeyir gətirən hilal olasan”. [Tirmizi, Dua 50]