Mənəviyyata Açılan Pəncərə

Həccin yerinə yetirilməsini fərz edən şərtlər

Həcc ibadəti fərz olan şəxslərin bu fərzi yerinə yetirməsi üçün müəyyən şərtlər tələb olunur:

1. Sağlam olmaq. Həcc etməkdə mükəlləf olan şəxsin səhhəti də buna imkan verməlidir. Səhhəti imkan verməyən Müsəlman yerinə vəkil göndərməli və ya bunu vəsiyyət etməldir.

2. Yol təhlükəsizliyi. Həccə getməyə və qayıtmağa mane olan müharibə və s.-in  olmaması.

3. Qadının yanında əri və ya məhrəminin (oğlu, qardaşı, atası kimi nikah bağlaması caiz olmayan bir yaxınının) olması.

4. Əri vəfat edən və ya boşanmış qadının iddət müddətinin (ərindən boşanan qadının təzədən ərə getmək üçün 100 gün, əri vəfat edən qadının  isə 130 gün gözləməsi)  bitməsi.

5. Həbs kimi bir əngəlin olmaması.

Exit mobile version