- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Həccin səhih olmasının şərtləri

Həccin səhih olması üçün bu 3 şərtə əməl etmək lazımdır:

1. Ehram. Niyyət edib həccə başlayan şəxsin həccin rüknlərini (əsasları) tamamlayana qədər bəzi mübah fel və davranışları özünə haram etməsidir.

2. Zaman. Həccin fərzlərini, yəni ehrama girmə, Ərəfat vəqfəsi və ziyarət təvafını müəyyən edilmiş vaxtlarda yerinə yetirmək.

Həcc şəvval, zilqədə ayı boyu və zilhiccə ayının ilk on günü yerinə yetirilir. Həccin ədəb və üsulu (vəqfə, təvaf, səy, şeytan daşlama) bu aylar içində müəyyən edilmiş vaxtlarda yerinə yetirilməlidir. Bu şərtlərə riayət edilməzsə, həcc səhih olmaz.

3. Məkan. Həccin fərzləri müəyyən edilmiş məkanlarda yerinə yetirilməlidir. Bu da Ərəfat vəqfəsinin Ərəfat sərhədləri daxilində və təvafın da Kəbənin ətrafında və məscidin sərhədləri daxilində yerinə yetirilməsi deməkdir.