- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Həyat yoldaşımın cənazəsini yuya bilərəmmi?

Vəfat edən şəxs kişidirsə onun meyidini kişi, qadındırsa qadın yumalıdır. Həmçinin qadın vəfat edən ərinin cəsədini yuya bilər.  Necə ki, həzrət Əbu Bəkri (r.a) vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Əsma binti Ümeys (r.anha)  yumuşdur.

Hənəfi məzhəbinə görə, kişi həyat yoldaşının cənazəsini yuya bilməz. Əgər vəfat etmiş xanımını yumağa bir qadın tapılmazsa, ər arvadına təyəmmüm aldırmalıdır. Bunu edərkən naməhrəmi kimi əlinə parça bağlamağına və xanımının qollarına baxmaqdan çəkinməsinə ehtiyac yoxdur.[1] Digər üç məzhəbə görə isə ər arvadının cənazəsini yuya bilər. Dəlil olaraq isə, həzrət Əlinin (r.a)  həzrət Fatimə (r.anha) anamızın cənazəsini yumağını götərmişlər.

Nəticə etibarı ilə deyə bilərik ki, xüsusi bir vəsiyyət yoxdursa el adəti ilə qadını qadın, kişini də kişi yumalıdır. Ancaq yuyacak bir kimsə tapılmazsa həyat yoldaşlarından biri digərinin cənazəsini yuya bilər.

[1]Mehmet Zihni Efendi, Nimet-i İslâm, s. 575-576.