7. 449 dəfə oxunub ,   0 şərh   Çap et

Hərflərin məxrəcləri

Lüğətdə “çıxış yeri, qaynaq” mənasına gəlir. Yuxarıda da ifadə etdiyimiz kimi  təcvid elmində “hərfin çıxdığı və başqa hərflərdən ayrıldığı yerə” deyilir.  Hərfləri bir-birindən ayıran ya məxrəclərdir ya da sifətlər. Məxrəc və sifətlərin tamamı yönündən eyni olan iki hərf düşünülə bilməz. Hərflərin qüvvətli olanı zəifindən, səsli olanı səssizindən, məxrəcləri eyni olan hərflərin bir-birlərindən ayrılmaları, sifətləri yolu ilə bilinir.

Qurani-Kərim hərflərinin məxrəcləri (ağız və boğazda çıxdıqları yerlər) 17 dir.

1. Ağızda havanın öz-özündən girib-çıxdığı yerdir. Buradan hərfi-mədd olan     و , ى  ilə ا çıxar.

ا  hərəkə aldığında həmzə olur. Hərəkəsiz gələrsə əslində hərf deyil, hərfi-məddir. و , ى  isə hərəkə aldıqlarında normal hərfə çevrilirlə

2.   Boğazın sinəyə bitişik yerindən  (أ هـ) çıxar.

3.   Boğazın ortasından (ع ح ) çıxar.

  1. Boğazın dilə bitişik yerindən (غ خ )  çıxar.
  2. Dilin boğaza bitişik yerindən və  (dilin) üstü ilə bərabər (ق)  çıxar.
  3.  (ق) məxrəcinin bir barmaq aşağısından (ك) çıxar.[1]
  4.  (ك) məxrəcinin aşağısından və dilin ortasından (ج ش ى) çıxar.
  5.  Dilin iki yanından birinin (sol və ya sağ) azı diş (dəhik) ilə daha gerisindəkilərə xəfifcə dəyməsilə (ض) çıxar.[2]
  6. Dilin (ön) tərəfinin üst damaqdakı dəhik (azı), nəb (köpək dişləri), rəbaiyyə (öndəki dörd diş) və  səniyyə (ön) dişlərinə dəyməsilə (ل)  çıxar.
  7.  Dil ucunun üst ön dişlərinin ətlərinə dəyməsilə (ن) çıxar.
  8.  (ن) məxrəcinin biraz arxasından (ر) çıxar.
  9. Dil ucu ilə üst ön dişlərinin yarısından yuxarısından (nisfi-əlasından) (  ط د ت) çıxar.
  10.  Dil ucu ilə alt ön dişlərinin yarısı yuxarısından  ( ص س ز)çıxar.
  11.  Dil ucunun üst üzü ilə üst ön dişlərinin başlarından  (ظ ذ ث)   çıxar.
  12.  Üst ön dişlərinin başları ilə alt dodağın üzündən  (ف) çıxar.
  13.  Dodaq məxrəcidir. Dodaqların sıx qapanmasıyla  (ب), xəfif qapanmasıyla (م), qapanmadan bir-birinə yaxınlaşdırılmasıyla (zəmm edilməsilə) (و) çıxar.
  14.  Xəyşüm; yəni gəniz (burun) boşluğudur. Buradan idğam və ixfa olan (ن) çıxar.

 


[1] Məxaric-i hürüfun sayılmasına boğazın nəhayətindən başlandığı üçün “aşağısı” ifadəsi boğazdan dodaqlara doğru olan istiqaməti gösdərir. Bundan fiziki duruşumuzdaki aşağı-yuxarı ox anlaşılmamalıdır.

[2] Dişlərin cədvəli daha sonra veriləcəkdir.

8 Məxrəc cədvəlindəki birinci məxrəcdən hərfi-mədlər ) ا  (و ى çıxar. Yeddinci məxrəcdən çıxan (ى) ilə on altıncı məxrəcdən çıxan (و) 28 hərf silsiləsindəndir. (ن) hərfinin də iki dəfə zikredilməsinə çaşmamaq lazımdır. 28 hərf silsiləsinə daxil olan (ن) 10-cu məxrəcdən çıxar. 17-ci məxrəc isə (ن) un özünün deyil, ğünnə sifətinin məxrəcidir.

 

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

məxrəc təcvid

Bənzər məqalələr

İstiazə və Bismillahın oxunması

Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır.

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Qurani-Kərimdə durğu işarətləri

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.

Səktə

Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.

Ləmi-tərif

Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə.


Şərh yaz