1. 958 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Rəsm əsəri onu çəkən bir rəssamın, naxış bir nəqqaşın, kainat da onu yaradan Allahın varlığına dəlildir. Hər şeyi O yaratmışdır. Bəs, Onu kim yaratmışdır? Hər şeyin səbəbi O, Onun səbəbi kimdir?

 a) Məntiq baxımından bir başlanğıc və ya son olmadan səbəblərin zəncirvari şəkildə bir-birinə bağlanaraq sonsuzluğa getməsi mümkün deyildir. Bu gediş bir nöqtədə durmalıdır. Məsələn, qatarın son vaqonunu çəkən ondan əvvəl ki, onu da çəkən bir əvvəlki… Hamısını çəkən də lokomotivdir. O, bilavasitə (öz-özündən) hərəkətlidir. Çəkmə işi ən son onda dayanır.

b) Özü yaradılmış olan yaradıcı ola bilməz. Başqasının yaratması ilə meydana gələn, hər şeyi necə yoxdan var edə bilər?

c) Bir varlığın özündə mövcud olan güc-qüvvət kənardan alınan qüvvət kimi deyil. Bir varlığın özündə olan kənardan alınmayan xassə onun zatı xassəsi adlanır. Məsələn, qələmə nisbətən insanda nisbi, özünə aid bir qüvvət var. Qələmi bir yerdən başqa yerə kim isə aparır. Fəqət bir insan yerindən qalxıb başqa bir yerə keçsə: “ Səni kim ora apardı? Sənin öz-özünə ora getməyin mümkün deyil ”, -demirik.

Bunun kimi, “ İnsanın başı haradadır? ” sualına: Bədəninin üzərindədir, “ Bədəni haradadır? ” sualına ayaqlarının üzərində, “ ayaqları nəyin üstündədir? ” sualına isə  “ Dünyanın  üstündədir ”, -deyə cavab verilir. “ Bəs dünya nəyin üstündədir? ” -deyə soruşulmaz. Çünki dünyanı mütləq bir yerə dayandırmaq məcburiyyətində deyilik. Allahın varlığı zatındandır, öz-özünə var olandır və var olması ucun başqa bir səbəbə, gucə ehtiyacı olmayandır. “ Onu kim yaratdı? ”, –deyə soruşulmaz.

d) Bu sualın bir müsəlmandan soruşulması məntiqsiz bir davranışdır. Əzəli, əbədi, heç bir şeyə möhtac olmayan, tayı-bərabəri, oxşarı olmayan, doğmamış, doğulmamış Allaha inanan bir möminə belə bir etiraz yönəldilməz. Belə bir sual vermək özü bəsirətsizlikdir. Ancaq bütə tapınanlara belə bir sual verilə bilər. Bəli, bu, insandan bəhs edən şəxsə: “ İnsanı düzgün təsvir etmirsən, hanı bunun qanadları? ” sualını vermək kimi yersizdir. Çünki onun bəhs etdiyi insandır, quş deyildir. Bunun kimi Allahı da yaradılmışlar sırasına qoyub, belə suallar soruşmaq məntiqsizlikdir.

e) Cənabi-Haqq göndərdiyi kitabının çox yerlərində, məsələn, “Ali -İmran” surəsinin 18-ci ayəsində “ Özündən başqa heç bir ilahın olmadığına ” özünü şahid göstərir. Haşa, iddia edildiyi kimi bir şey ol saydı, özündən başqasını necə rədd edə bilərdi?

f) Bu sual Peyğəmbərimizin (s.ə.s.) bir möcüzəsini isbat edir. Bəli, O, hədislərinin birində, insanların bu sualı soruşacaqlarını xəbər vermiş di…

g) Bu sualı verən əvvəlcə Allahın yaradıcı olduğunu qəbul edir, son rada “ Onu kim yaratdı? ”–deyə soruşur. Beləliklə, eyni cümlədə Onu həm Xaliq, həm məxluq adlandırır. Bu isə açıqca bir zidiyyətdir. Bu sualda bir başqa yanlış xüsus da yaradıcının yaratdıqlarından asılı olduğu, yaratdığı qanunlara tabe olduğunu təsəvvür etməkdir. Səbəb-nəticə əlaqəsi bizim bağlı olduğumuz qanundur. Biz zaman və məkan içindəyik. Halbuki, Allah zaman və məkanın yaradıcısıdır.  Buradan da Onun zaman və məkanın fövqündə olduğunu qəbul etmək zərurəti meydana çıxır.

Səbəb-nəticə qanununu yaradan Allah (c.c.)yaratdığı qanuna tabe olarmı? Məsələn, batareya ilə hərəkət edən bir oyuncaq özünü ölçü qəbul edərək hər şeyi özü ilə müqayisə etsə və “ Mən öz aləmimdə hər şeyin batareya ilə hərəkət etdiyini görürəm, o halda məni düzəldən sənətkar da batareya ilə hərəkət edən bir insandır ”, -desə, səhv etmiş olmazmı?




Şərh yaz