1. 438 dəfə oxunub ,   0 şərh   Çap et

عَنِ ابْنِ عَبَّاسٍ   قَالَ: لَعَنَ رَسُولُ اللّٰهِ  الْمُتَشَبِّه۪ينَ مِنَ الرِّجَالِ بِالنِّسَاءِ وَالْمُتَشَبِّهَاتِ مِنَ النِّسَاءِ بِالرِّجَالِ

İbn Abbas (r.anhumə) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) Allahın verdiyi fitrətə (xarakterə, təbiətə) razı olmayıb söz, əməl və davranışlarında qadınlara bənzəməyə çalışan kişiləri və kişilərə bənzəməyə çalışan qadınları lənətlədi”. [Buxari, Libas 61]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «صِنْفَانِ مِنْ أَهْلِ النَّارِ لَمْ أَرَهُمَا: قَوْمٌ مَعَهُمْ سِيَاطٌ كَأَذْنَابِ الْبَقَرِ يَضْرِبُونَ بِهَا النَّاسَ، وَنِسَاءٌ كَاسِيَاتٌ عَارِيَاتٌ مُم۪يلَاتٌ مَائِلَاتٌ، رُؤُوسُهُنَّ كَأَسْنِمَةِ الْبُخْتِ الْمَائِلَةِ، لَا يَدْخُلْنَ الْجَنَّةَ وَلَا يَجِدْنَ ر۪يحَهَا، وَإِنَّ ر۪يحَهَا لَيُوجَدُ مِنْ مَس۪يرَةِ كَذَا وَكَذَا»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Cəhənnəmlik olan, lakin dünya gözü ilə görmədiyim iki zümrə vardır; biri inək quyruğuna bənzər qamçılarla insanları və ya yarışda daha sürətli qaçsın deyə heyvanları vuran zalım zümrə.

Digəri zümrə isə Allahın nemətləri içində üzən, amma şükür etməyən nankorlar, qismən örtünən, ancaq yenə də gözəlliyini göstərmək üçün açıq-saçıq geyinənələr və ya əynində paltar ola-ola, incə və şəffaf paltar geyindikləri üçün vücudları görünən və yaxud da “bu incə pərdə necə də çirkin üzlər örtərmiş” dedirdirəcək səviyyədə zahirən hicaba riayət edən, amma batinən və qəlbən çılpaq olanlar; özünün iffət və namusuna həssas olmadığına görə bu xüsusda ilahi hədləri aşan və başqa qadınları da öz yoluna çəkməyə çalışanlar, işvəli hərəkətləri, cazibədar davranışları ilə kişilərin diqqətini cəlb etməyə çalışan və ya kişilər kimi olmağa həvəsli, kişi görünüşlü, təbiəti aşınan bədbəxtlər, başı (düzəldilmiş saçları, saç hörgüləri) dəvə hörgücünə bənzəyən qadınlar. Bax belələri Cənnətə girə və onun qoxusunu da ala bilməyəcəklər. Halbuki Onun ətrini çox uzaq məsafələrdən də hiss etmək mümkündür”. [Müslim, Cənnət 52]

İzah: Hədisin əsas mətnində iki zümrədən bəhs edildiyi halda, biz ehtimal olunan mənaların hamısını məalda verməyə çalışmışıq. Bu­rada həm Peyğəmbərimizin (s.ə.s.) az sözlə çox məna ifadə etmə qabiliyyətinə (cəvamül-kəlim), həm də Onun öz dövründə mövcud olmayan, amma sonralar ortaya çıxacaq iki zümrə haqqında – gələcəkdən xəbər verməsinə şahid oluruq.



Açar sözləri

geyim kecim

Şərh yaz