- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Fitrə nə vaxt verilir?

İbn Ömərin nəql edir: Peyğəmbərimiz (s.ə.s.) fitrəni bayram namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir.[1] Bu hədisi əldə rəhbər tutan fiqh alimləri fitrəni bayram namazından sonraya saxlamağı məkruh hesab etmişlər.

Bununla belə Hənəfilərə görə, bayram namazından əvvəl verilməyən fitrənin sonrakı günlərdə də verilməsi mümkün dür.

Əslində, bir tərəfdən Peyğəmbərimizin (s.ə.s.) əmri, digər tərəfdən səhabələrin əmrə riayəti və fitrənin vacib buyurulmasının səbəb və hikmətləri göstərir ki, onu bayramdan sonraya saxlamamaq lazımdır. Hər bir ibadəti qulluq şüuru ilə Allah və Rəsulullahın əmrləri çərçivəsində edən, etməyə borclu olan müsəlmanlar fitrəni vaxtında verməyə də ciddi yanaşmalıdır.

Fitrəni vaxtından əvvəl də vermək olar. Bu məsələdə on beş gün, bir ay kimi məhdudiyyət qoyanlar olsa da, Əbu Hənifəyə görə, fitrə bir il qabaqcadan da verilə bilər.[2]


[1]  Buxari, Zəkat, 76; Müslim, Zəkat, 4.
[2]  Vəhbə Zuheyli, İslam fıkhı ansiklopedisi, III, 389.