- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Cavab: Fitrə Ramazan bayramından bir və ya iki gün əvvəl bayram namazı qılınmadan verilməlidir. Beləcə, yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını aradan qaldırmaq fürsəti əldə edirlər. Bundan əlavə, fitrə Ramazan ayı başladıqdan sonra, hətta Ramazan ayı başlamadan əvvəl də verilə bilər. Lakin bayram günündən sonraya qalarsa, şəxsin öhdəliyində qalır və ilk fürsətdə verilməlidir.

Sual:Fitrə verilmədiyi təqdirdə bayram namazı qəbuldurmu?

Cavab: Əvvəlcə qeyd etmək lazımdır ki, fitrə sədəqəsini bayramdan sonraya saxlamaq caiz deyil. Lakin hər hansı bir üzr səbəbilə, yaxud səbəbsiz yerə verilmədiyi təqdirdə, bu öhdəlik şəxsin üzərindən qalxmır və mütləq bu borcunu yerinə yetirməlidir. Bundan əlavə, fitrə sədəqəsi vermədiyi üçün bayram namazını tərk etmək doğru deyil. Məhz bu səbəbdən bayram namazı tərk olunmamalı və qılındıqdan sonra ilkin mərhələdə verilməyən fitrə sədəqəsi dərhal verilməlidir.

Dr. Anar Qurbanov