Mənəviyyata Açılan Pəncərə

Azan və iqamənin sözləri

  Hər gün beş dəfə minarələrdən yüksələn azan “eşitdirmək, bildirmək” deməkdir. Azan fərz namazları üçün müəyyən vaxtlarda oxunan “xüsusi sözlər məcmusu” dur. Azan vasitəsilə xalqa həm namaz vaxtının girməsi və camaatla namaz qılınacağı xatırladılır, həm də Allahın böyüklüyü, Peyğəmbərimizin (s.ə.s.) Allahın elçisi və namazın qurtuluş qapısı olmağı elan edilir.

Peyğəmbərimizin (s.ə.s.) də təsdiq etdiyi və ilk dəfə Bilali-Həbəşi (r.a.) tərəfindən oxunan, bu gün də minarələrdən səslənməkdə davam edən azanın məzmunu belədir:

Allahu Əkbər, Allahu Əkbər

Allahu Əkbər, Allahu Əkbər

Əşhədu ən lə iləhə iləllah

Əşhədu ən lə iləhə iləllah

Əşhədu ənnə Muhammədən Rəsulallah

Əşhədu ənnə Muhammədən Rəsulallah

Hayyə aləs-saləh

Hayyə aləs-saləh

Hayyə aləl-fələh

Hayyə aləl-fələh

Allahu Əkbər, Allahu Əkbər

Lə iləhə illəllah

   Səhər azanının digər dörd vaxt azanından bir fərqi var: “Hayyə aləl-fələh” dən sonra “Namaz yuxudan xeyirlidir” mənasında iki dəfə “əs-salətu xayrun minən nəvm” deyilir.

  Fərz namazlarında (kişilər üçün) namaza başlamazdan əvvəl “İqamə” oxunur. İqamə də azan kimidir. Ancaq azandan fərqli olaraq “Hayyə aləl-fələh”dən sonra iki dəfə “qad qamətis-saləh” sözü əlavə edilir.

Exit mobile version