Mənəviyyata Açılan Pəncərə

Eynəklə namaz qılmaq və ya qıldırmaq olarmı?

Səcdə namazın rükndür, yəni namazın fərzlərindən biridir. Səcdə edərkən bir üzr olmadıqca alnın və burnun yerə toxunması şərtdir. Üzrlü səbəb olanda isə iki üzvdən yalnız birinin yerə toxunması kifayətdir (Fəthul-Qədir, I, 263). Həmişə eynəkdən istifadə etməli olan şəxsin səcdəyə gedərkən səcdə üzvləri səcdə yerinə tam toxunursa eynəkdən istifadə edə bilər. Əks təqdirdə (yəni, eynək səcdə üzvlərinin yerə təmasına mane olarsa) eynəyi çıxarmaq lazımdır. Çərçivəsi nazik olan eynəklərlə səcdə etmək daha asandır. Nəticə etibarilə deyə bilərik ki, alnın səcdə yerinə təmas etməsinə mane olmayan eynəklərlə namaz qılmaq və ya qıldırmaq olar.

Exit mobile version