Cənazəsi olan evdə televizora baxıla bilərmi?

Cənazəsi olan bir evdə televizora baxmaq, radio və müsiqiyə qulaq asmaq qadağan olmamaqla yanaşı, ölən insana hörmət etmək məqsədilə həmin evin bir az sakit və səssiz olması daha məqsədəuyğundur.

2. 712 dəfə oxunub 0 şərh yazılıb
Ölüyə toxunmaq qüslu pozurmu?

Sual: Xalq arasındakı belə bir inanclar var ki: bir, evdə ölən olduqda, orada iştirak edənlər qüsl almadan namaz qıla bilməzlər. İkinci olaraq da, evdəki bütün əşyalar, hətta xalça-palaz yuyulmalıdır. Bu nə dərəcədə doğrudur?

19. 802 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cənazə namazı

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.

15. 474 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qadın cənazə namazı qıla bilərmi?

Vəfat etmiş bir müsəlmanın cənazə namazının qılınması bütün müsəlmanlar üzərinə fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz, Rəsulullah (s.ə.s) üçün salavat, vəfat edən insan üçün isə dua mahiyyətindədir. Vəfat edən insana dua məqsədilə cənazə namazı qılına bilər. Cənazə namazının camaatla qılınma şərti yoxdur. Bir kişi və ya bir qadın vəfat edənin cənazə namazını qılarsa cənazə namazı qılınmış sayılır.

5. 916 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qadının cənazəsi necə kəfənlənir?

Vəfat etmiş kişi və ya qadın bütün bədəni örtüləcək şəkildə kəfənlənməlidir ki, bu fərzdir. Qadının kəfəni beş qat parçadan ibarətdir. Bunlar − qamis (köynək), izar (ətək), lifafə (sarğı), baş örtüyü və sinə örtüyüdür. Qadını belə kəfənləməyə imkan olmadığı təqdirdə ətək, sarğı və baş örtüyü ilə kifayətlənmək olar. Bu cür kəfənləmə kəfəni-kifayə adlanır.

4. 358 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Həyat yoldaşımın cənazəsini yuya bilərəmmi?

Vəfat edən şəxs kişidirsə onun meyidini kişi, qadındırsa qadın yumalıdır. Həmçinin qadın vəfat edən ərinin cəsədini yuya bilər. Necə ki, həzrət Əbu Bəkri (r.a) vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Əsma binti Ümeys (r.anha) yumuşdur.

1. 872 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cənazədə iştirak etmə ədəbi

“Təşyi” ölən bir müsəlmanın cənazəsi torpağa tapşırılana qədər yola salmaq və onun bağışlanmasını diləmək deməkdir.

2. 308 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin