Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

3. 043 dəfə oxunub 0 şərh yazılıb
Axır zaman

Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı: “Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə […]

3. 365 dəfə oxunub 0 şərh yazılıb
Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.

3. 690 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Borc alıb-vermək

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

15. 341 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namaz borcu olan şəxs nə etməlidir?

Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?

4. 822 dəfə oxunub 2 şərh yazılıb
tesvir
İşlərim düz gətirmir

25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki, dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?

8. 247 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Borcu vaxtında qaytarmaq

Borcunu qaytarmağa imkanı ola-ola min cür oyun, hiylə və yalan sözlərlə borcu verməyib ləngitmək, insanların əməyini və izzətini saymamaq, hədisin ifadəsi ilə, bir zülmdür. Çünki imkanı olduğu halda borcunu ödəməyən şəxs haqsızlıq və ədalətsizlik etmiş olur. Borcun qaytarılma vaxtının çatmasına baxmayaraq, valyuta dəyərinin düşməsini və ya qalxmasını gözləmək kimi niyyətlə insanlara zülm etmək çirkin davranışdır, müsəlman əxlaqına yaraşmaz.

7. 847 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Borcluya möhlət verənin mükafatı

“Kim dara düşən borcluya möhlət verər və ya (borcunu) bağışlayarsa, Allah-Təala onu öz kölgəsindən başqa heç bir kölgə olmayan qiyamət günü ərşin kölgəsinə qoyar”.

1. 944 dəfə oxunub 0 şərh yazılıb
Borc aldığım adamı tapa bilməsəm

Sual:Cavanlığımda, tələbə olarkən bir nəfərdən borc almışdım. İndi isə o, adamı tapa bilmirəm nə etməliyəm

2. 446 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin